HÜSEYNOVA SƏADƏT ASLAN QIZI


Hüseynova Səadət Aslan qızı, 1955-ci ildə Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1963-cü ildə Kəlbəcər rayon 1 nömrəli orta məktəbə daxil olmuş, 1973-cü ildə bu məktəbi qızıl medalla qurtarmışdır. Həmin ildə o, atası Aslan müəllimin yolu ilə gedərək, sənədlərini Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə vermişdir və tələbə adını almışdır. 1978-ci ildə universiteti fərqlənmə diplomu ilə qurtarmışır. Diplom üzrə ona kimyaçı, kimya müəllimi ixtisasları verilmişdir. Universitetin göstərişi ilə AEA Aşqarlar Kimyası İnstitutunda kimyaçı mühəndis vəzifəsinə təyin edilmişdir. Elə həmin il universitetin Elmi Şurasının zəmanəti ilə sənədlərini istehsalatdan ayrılmaqla AEA-nın aspiranturasına vermişdir və imtahandan uğurla keçərək qəbul olunmuşdur. 1981-ci ildə aspiranturanı qurtarmış və institutun “Korroziya inkibitorları və səthi aktiv maddələr” laboratoriyasına kimyaçı mühəndis vəzifəsinə təyin edilmişdir.


Korroziya prosesi və onun qarşısının müxtəlif yollarla alınması problemi həm nəzəri, həmdə praktiki cəhətdən kimya elminin qarşısında duran mühüm problemlərdən biri idi. Təkcə neft sənayesində bu proses nəticəsində min tonlarla qiymətli metal avadanlığın bərpası bir daha mümkün olmayacaq dərəcədə yararsız hala düşürdü. Bu da respublikamızda ən önəmli sahələrdən biri neft-kimya sənayesinə milyonlarla ziyan vururdu. Qiymətli metal avadanlığının korroziyası prosesinin qarşısını almaq üçün kimyaçı alimlərimiz ən müasir texnoloji və elmi səviyyədə müxtəlif üsullar işləyib hazırlayırdılar. Korroziya inkibatorlarının tətbiqi bu üsullardan biridir.


S.A.Hüseynova da məhz bu maraqlı, həm də uğurlu işi ilə Respublikamız üçün milyonlarla vəsaitin qənaitinə səbəb olacaq problemin həll edilməsinin bir şaxəsi ilə məşğul olmağa başladı.


S.A.Hüseynova 1997-ci ildə AEA-nın həqiqi üzvü, mərhum professor Əli Quliyevin və AEA-nın müxbir üzvü, professor Telman Əliyevin rəhbərliyi altında “4 benziloksi, 4 fenilazofenolun XI əvəzli törəmələri-korroziya inkibatorları və sürtkü yağlarına aşqarlar kimi” mövzusunda dissertasiya müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Hüseynova alim adı alandan sonra da, həmin institutun elmi işçisi qalmaqla elmi tətqiqatlarını davam etdirir.


Dünyada enerji problemi lap qədimlərdən başlamış, müasir dövrə qədər insanların idrakını məşğul edən ən vacib problemlərdən olmuşdur. Elə canlı həyatın özü də enerjinin bir formasıdır. Dünya əhalisinin sürətlə artması ilə yanaşı, Elmi Texniki Tərəqqinin inkişafı enerjiyə tələbatın durmadan artmasına səbəb olmuşdur. Təbii enerji mənbələrinin get-gedə azalması və enerji probleminin qloballaşması fonunda, bu problemin həllinin vaciblyi və yeni, müasir üsulların tapılması zərurətə çevrilmişdir. Bunun üçün də AEA-da bu qlobal problemin həlli yollarında nəzəri və praktiki səpkili çox şaxəli işlər görülür. AREAL radiasiya tətqiqatları bölməsində fiziki-kimya laboratoriyasının alimləri ilə birlikdə Səadət xanım da tətqiqatlar aparır. Bu tətqiqatların əsas strateji məqsədi radiasiya və plazma enerjisinin kimyəvi enerjiyə çevrilməsi proseslərinin öyrənilməsi və bu çevrilmələrin nəticəsi kimi hidrogenin daha səmərəli və perspektiv alınma üsullarının işlənib hazırlanmasıdır.


S.A.Hüseynova araşdırmaları ən ümumi mənada isterogen sistemlərdə radiasiya-plazma katalitik kimyəvi proseslərin tədqiqinə həsr olunmuşdur. O, ixtisası üzrə 8 müəlliflik şəhadərnaməsi almış, müxtəlif Respublika və keçmiş SSRİ-nin müxtəlif şəhərlərlərində keçirilmiş Elmi Konfranslarda məruzə ilə çıxış etmişdir.


S.A.Hüseynova 1984-88-ci illərdə Bakı şəhərində, 1988-ci ildə Kırasnı Kurqan, 1987-ci ildə Kremençuk şəhərində məruzələr etmişdir. Məruzələri həmin konfrans materiallarında çap edilmişdir. O, dəfələrlə D.İ.Mendeleyev adına Ümumittifaq kimya cəmiyyətinin müxtəlif dərəcəli diplomlarına layiq görülmüşdür.


Hazırda Səadət Hüseynova enerji probleminə həsr olunmuş doktorluq dissertasiyası üzərində işləyir.

23 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev