HƏBİBOV SABİR QAÇAY OĞLU


Həbibov Sabir Qaçay oğlu, 1951-ci ildə Kəlbəcər rayonunun Qaracanlı kəndində xidmətci ailəsində anadan olmuşdur. Sabirin anadan olduğu Qaracanlı kəndi Kəlbəcər rayonunun elə bir kuşəsidir ki, nağıllarda deyildiyi kimi, ətəyi dəryadan, başı buluddan nəm çəkən, daima dumanlı-çənli Dəlidağın qoynunda yerləşmişdir. Kəndin şimal tərəfində “Uluxan qalası” deyilən min illərin yadigarı Alban qala xarabaları indi də əzəmətini saxlayır. Burdan yuxarı ala-tala meşəli, gur bulaqlı, tamaşalı yaylaqlar olan başı qarlı Dəlidağa söykənir. Qaracanlı kəndi ilə Kəlbəcər şəhərinin arası 10 km-dir. Elə buna görədə Qacay kişi Sabiri gətirib Kəlbəcər şəhər orta məktəbinə qoydu ki, daha yaxşı təhsil ala bilsin.


S.Q.Həbibov 1957-ci ildə Kəlbəcər şəhər orta məktəbinə daxil olaraq 1967-ci ildə məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə də Bakıya gəlib, Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur.


S.Q.Həbibov 1972-ci ildə Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurub, İ.Topçubaşov adına Azərbaycan Ekspermental İnstitutunda ordinator kimi işə qəbil olunmuşdur. O, burada professor İsa Qurbanovun və professor Mirsəlimovun yanında cərrah peşəsini davam etdirmiş və böyük təcrübə qazanmışdır.


S.Q.Həbibov 1979-cu ildə göndərişlə Moskvadakı Ümumittifaq Analoji Mərkəzdə aspiranturaya daxil olmuşdur. O, aspiranturada oxuduğu illərində tibb elminə böyük maraq göstərmiş və həmin mərkəzdə çalışan tibb mütəxəssislərindən gündəlik öyrənməklə yanaşı, institutun və digər kitabxanaların elmi ədəbiyyatlarından yorulmadan istifadə etmişdir. Ölkənin bir sıra şəhərlərində tibbi konfranslarda iştirak etmiş, məruzələr ilə çıxış etmişdir. Etdiyi çıxışların tezisləri həmin konfransların materiallarında, jurnallarda çap olunmuçdur.

S.Q.Həbibov nəinki Rusiya Federasiyası şəhərlərində, hətta, Almaniya Fedreativ Respublikasında, Türkiyyədə keçirilmiş ölkələrarası tibb elmi konfranslarda muhazirələr oxumuş və məruzələr ilə çıxış etmişdir.


S.Q.Həbibov 1981-ci ildə vaxtından qabaq aspiranturanı başa vurmuş və “Ağciyərin zirvə xərçənginin cərrahi yolla müalicəsi” mövzusunda dissertasiya müdafiə edib, tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. Həbibovun elmi rəhbəri, akademik A.İ.Piroqov çalışqan və daha bacarıqlı olduğundan onunla bərk dost olmuşdur. Elə buna görədə A.İ.Piroqov bir neçə yay fəsli Sabirlə birlikdə Kəlbəcərə gəlmiş və Kəlbəcərin füsünkar təbiəti, doğma İstisuyu akademiki valeh etmişdir.


A.İ.Piroqovun Kəlbəcərə gəlişinn sorağı ətraf rayonlara da çatmışdır. Onun Basarkeçər rayonundan-Göyçədən olan tələbələri Əhliman Əmiraslanov və başqaları onunla görüşə gəlmişdir. A.İ.Piroqov Kəlbəcərdən böyük təəsüratla qayıtmışdır.


S.Q.Həbibov Moskvada 79-cu kilinik xəstaxanasında işləyərək, “Bıçaqsız cərahiyyə” sahəsinin ali kateqoriyalı cərrahı tituluna layiq görülmüşdür. O, yüzlərlə müxtəlif millətlərdən olan xəstələri ölümün əlindən almış, onlara şəfa vermişdir.


S.Q.Həbibov böyük bir ailənin üzvüdür. Atası Orucov Qacay Kəlbəcər rayonunda müxtəlif idarələrdə dövlət qulluqçusu kimi xidmət etmişdir və hal-hazırda təqaüddədir. 1993-cü ildə Kəlbəcər rayonu işğal olunandan sonra Bərdə rayonunda məskunlaşmışdır. Qardaşı Zakir ali təhsillidir, Azərbaycan Respublikası Maliyyə Nazirliyində müfəttiş işləyir. Qardaşı Mahir Gəncə Kənd Təsərrüfatı Akademiyasını quratramışdır. Hazırda Bakı-Abşeron Maldarlıq-Əkinçilik Birliyinin sədridir. Digər 3 qardaşı da müxtəlif peşələrdə çalışırlar.


S.Q.Həbibov evlidir. 1 qzı və 2 oğlu vardır. Həyat yoldaşı evdar qadındır. Arzuları doğma Kəlbəcərin azad olunmasıdır.

66 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev