Həm Qarabağ savaşında, həm də Kəlbəcər poeziyasında öz sözünü demiş həmyerlimiz AKİF KAMAL



Qısa arayış:

Kamalov Akif Haqverdi oğlu 1960-cı il noyabrın 2-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olub. 1977-ci ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbini bitirib. 1987-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. “N” saylı hərbi hissələrin tərkibində Kəlbəcər, Ağdərə, Laçın, Murovdağ, Fuzili, Ağdam, Tərtər bölgələrində gedən döyüşlərdə iştirak edib. 1997-ci ildə ordu sıralarından müharibə veteranı kimi (ehtiyatda olan kapitan rütbəsində) tərxis olunub.

2002-ci ildə “Dağlar bizi bağışlamaz” adlı şeirlər kitabı nəşr olunub.

Bundan əlavə Kəlbəcər döyüşçülərinin yoluna güzgü tutan "KƏLBƏCƏR BATALYONU VƏ ƏFSANƏVİ ALAY" kitabının müəllifidir.

Şairin yaradıcılığından nümunə olaraq iki şeirini oxuculara təqdim edirəm..Yaxın zamanlarda yaradıcılığını əhatə edən publisist yazımı da sizlərə ərməğan edəcəyəm..

Hörmətlə: Şairin döyüşçü yoldaşı, şair-publisist YUSİF HÜSEYN. "Qızıl Qələm" mükafatı laureatı.

KƏLBƏCƏRİM...

Soraqlamır nə müddətdir, Dilin məni, Kəlbəcərim. Qırğovullu, torağaylı Çölün məni, Kəlbəcərim. Qışa dönüb yaz sinəmdə, Sızıldayır saz sinəmdə, Haraylamır zildə bəmdə Telin məni, Kəlbəcərim. Bu nə səsdi, nə haraydı, Bəlkə coşan Tərtər çaydı?! Kaş götürüb aparaydı Selin məni, Kəlbəcərim. Şirin arzu-diləklərlə, Həzin-həzin tütəklərlə, Sığallamır küləklərlə Əlin məni, Kəlbəcərim. Səndən ayrı mən bir heçəm, Dərdi-qəmdi, günüm-gecəm. Dara çəkir sənsiz keçən İlin məni, Kəlbəcərim. ÜZÜ DAĞLARA-DAĞLARA

Həsrət qoydu zalım fələk Bizi dağlara-dağlara. Ayrı salan ayrı düşsün, Özü dağlara-dağlara. Sızıltımla qəm yazıram, Talehimdi, kəm yazıram. Gözlərimdə nəm yazıram; Sözü dağlara-dağlara. O dağlara yollar açam, Qayaların öpəm, qucam. Zirvələrdən çağıracam Sizi dağlara-dağlara. Olmamışam etibarsız, Gülməmişəm arsız-arsız. Ölsəm əgər, basdırarsız, Üzü dağlara-dağlara. Akif yaman yuxalıbdı, O dağlardan ruh alıbdı. Baxa baxa, qocalıbdı, Gözü dağlara-dağlara.

Akif Kamalı "Kəlbəcər Saytı" olaraq, bugün doğum günü münasibətilə təbrik edir,uzun ömür can sağlığı arzulayırıq !

#ƏlamətdarGünlər

0 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev