Həqiqət Şükürova "Gənclərin dostu" fəxri diplomu ilə təltif edilib

Bu gün Gənclər Mərkəzi ictimai birliyi Kəlbəcər rayonu 23-saylı tam orta məktəbin direktoru Həqiqət Şükürovanı "Gənclərin dostu" fəxri diplomu ilə təltif edib.
Kalbajar.com xəbər verir ki, diplomu Gənclər mərkəzi ictimai birliyinin sədr müavini Elvin Hüseynov təqdim edib.
Həqiqət Şükürova ictimai birliyin sədrinə və sədr müavininə bu diqqətə görə öz dərin minnətdarlığını və təşəkkürünü bildirdi və ictimai birliyə gələcək fəaliyyətlərində uğurlar arzuladı.