Hərb Tarixi Muzeyində “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım günü keçirilib -


5 iyun tarixində Azərbaycan Hərb Tarixi Muzeyində “Azərbaycan bayrağı” ordenli kəşfiyyatçı Ülfət Kərimovun anım gününə həsr olunmuş “El qəhrəmanı” adlı anım tədbiri keçirilib.


Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəəssisələri, hərbi məktəblər və hərbi hissələr, Respublika Veteran Təşkilatları, ictimaiyyət nümayəndələri, müharibə veteranları, Kəlbəcərlilər, həmçinin kəşfiyyatçı Ülfət Kərimovun ailə üzvləri və döyüş yoldaşları iştirak edirdi. Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin və 701 saylı hərbi hissənin veteranlar Şurasının sədri, “Qırmızı ulduz” ordenli, e.o.polkovnik Əzizağa Qəni-zadənin, Kəlbəcər rayon Veteranlar Şurasının sədri, II qrup Qarabağ əlili, tədbirin təşəbbüskarı Ramiz Əliyevin, Ülfət Kərimov haqqında yazılmış kitabın müəllifi Əli Abdullayevin və qəhrəman haqqında çəkilmiş sənədli filmin müəllifi 1992-1998-ci illərdə Müdafiə Nazirliyinin Hərbi Studiyasının bədii rəhbəri vəzifəsində çalışmış, hərbi repartyor, II qrup Qarabağ əlili e.o.kapitan Nizami Abbasın, Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədri e.o.polkovnik-leytenant Füzuli Rzaquliyevin, qardaşı və döyüş yoldaşı Zöhrab Kərimovun, bacısı e.o gizir Xuraman xanım Kərimovanın qəhrəmanın həyatı və döyüş yolu ilə bağlı məruzə, çıxış və döyüş xatirələri dinlənilmiş, ümumilikdə 1992-1993-cü illərdə regionda hərbi-siyasi vəziyyət, 1993-cü ilin yazında Kəlbəcərdə baş vermiş hadisələr xatırlanmış, rayonun düşməndən müdafiəsi zamanı aparılan döyüşlər təhlil olunmuş, Ülfət Kərimov haqqında çəkilmiş sənədli film və sərgi nümayiş olunmuşdur. 















Anım tədbiri Kəlbəcər məktəblilərinin kəşfiyyatçı Ülfət Kərimova həsr edilmiş şeir kompozisiyası ilə davam etdirilib. 

#Şəhidlər #MilliQəhrəmanlar

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev