HƏSƏNLİ İMPERİAL HƏSƏN QIZI


Həsənli İmperial Həsən qızı, 1937-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. 1945-ci ildə Kəlbəcər rayon orta məktəbinə daxil olmuş, 1955-ci ildə həmin məktəbi bitirmişdir. Elə həmin ildə də Azərbycan Dillər İnstitutuna qəbul olunmuşdur. 1959-cu ildə institutu yüksək qiymətlərlə başa vurmuşdur. Elmə olan hədsiz həvəsi onu AEA Ədəbiyyat İnstitutuna gətirmişdir. İ.H.Həsənli əvvəlcə, həmin institutda kiçik elmi işçi kimi işə başlamışdır. 1979-cu ilə kimi orada mətnşünaslıq şöbəsində, sonralar isə “Qədim və erkən orta əsrlər” şöbəsində baş elmi işçi kimi fəaliyyət göstərmişdir. O, işlədiyi peşə üzrə tətqiqatlar aparmış, nəhayət, 1984-cü ildə “Nizami irsi ingilis ədəbiyyatşünaslığında” mövzusunda dissertasiya müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


İ.H.Həsənli elmin yüksək zirvələrinə çatmaq arzusu ilə gecəli-gündüzlü öz üzrəində çalışmışdır, daima elmi tədqiqatlarını davam etdirirdi. Onun elmi tətqiqatları, tərcümələri Azərbaycan “EA Xəbərləri” jurnalının səhifələrində və elmi məqalələri müxtəlif mərkəzi mətbuatda tez-tez çap olunurdu. Onun dəyərli elmi araşdırmaları aşağıdakı mövzularda öz əksini tapmışdır və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir:


1. Nizami və ingilis ədəbiyyatşünaslığı, 1981.

2. İtalyan ədəbiyyatşünasları Nizami haqqında, 1981.

3. “L.Vilson M.Axundov haqqında” kitabın tərcüməsi, 1982.

4. İngilis şərqşünası V.Cons Nizaminin ilk tətqiqatçısı kimi, 1982.

5. Nizaminin ideal cəmiyyət axtarışları, 1982.

6. Ettenhauzer və Nizami, 1983.

7. İngilis şərqşünasları C.Atkinson, V.Ouzlu, E.Braun, Vilson, Klark, Darab, Arberri, Ruben Levi Nizami haqqında elmi əsərlərin tərcümələri.

8. Nizamidə məhəbbət mövzusu “Xosrov və Şirin” .


Bu göstərilənlərdən əlavə İ.H.Həsənlinin elmi məqalələrinin 20-dən çoxu mərkəzi mətbuatda çap olunmuşdur.


İmperial xanımın ümdə arzusu elmin daha yüksək mərhələlərinə çatmaq, elmlər doktoru olmaq idi. Əfsus ki, bu arzuya çatmasına əcəl aman vermədi. Vaxtsız ölüm onu baharın elə ilk günündə yaxaladı və o, 1995-ci il Novruz bayramının səhəri, mart ayının 23-də qəflətən vəfat etmişdir.


İmperial xanım institut əməkdaşları işərisində böyük hörmət qazamışdı. Onun bu xüsusiyyəti müstəqil ictimai-siyasi qəzet olan “Vətənpərvər”-in 1995-ci il 4 nömrəli 17 aprel tarixli səhifəsində, iş yoldaşları adından E.Kamil qızının yazdığı kövrək “Nağıl oldu...” nekroloqunda öz əksini tapmışdır.


İmperial xanımın Elşən və Arzu adlı iki oğul yadigarları qalmışdır.

33 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev