HACIYEV ÇİNGİZ MƏHƏMMƏD OĞLU


Hacıyev Çingiz Məhəmməd oğlu, 1958-ci Kəlbəcər şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1975-ci ildə Kəlbəcər şəhəri 2 saylı orta məktəbini əla qiymətlərlə bitirmiş və həmin ildə Moskva Dövlət Aviasiya İnstitutunun “Uçan aparatların idarə olunması” fakültəsinə qəbul olunmuşdur. 1981-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmışdır.


Ç.M.Hacıyev 1981-1983 illərdə Moskva Dövlət Aviasiya İnstitutunda istehsalat təcrübəsi keçərək, 1983-1986-cı illərdə Sumqayıt şəhərində “Neft avtomatika” Elmi Tədqiqat və Layihə İnstitutunun aspirantı olmuşdur.


1987-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, professor Ə.Ə.Abdullayevin rəhbərliyi altında “Yarıbatırılmış üzən qazma qurğularının vəziyyətini avtomatik nəzarət və idarə sisteminin informasiya təchizatı” mövzusunda dissertasiya müdafiə edib, “texniki elmlər namizədi” alimlik dərəcəsinə layiq görülmüşdür.


Ç.M.Hacıyev doktorluq dissertasiyası müdafiə edənə qədər, çox gərgin şəkildə elmi fəaliyyətə başlamışdır.1990-cı ildə Suzdal şəhərində keçirilən “Çox əlaqəli sistemlərin idarə olunması” üzrə Ümümittifaq konfransında, elə həmin il Çelyabinsk şəhərində keçirilən “Texnoloji proseslərin idarə edilməsinin yaradılmasında nəzəri və praktiki problemlər” üzrə Ümümittifaq elmi-texniki konfransında məruzə ilə çıxış etmişdir.


Ç.M.Hacıyev sonra 1991-ci ildə Sevastopol şəhərində keçirilən “ Dinamiki sistemlərin texniki diaqnostikası” üzrə II Ümümittifaq məktəb-seminarda, İtaliyada, Türkiyədə, Almaniyada və başqa dövlətlərdə elmi konfrans və simpoziumlarda çıxış etmiş, məruzələri həmin elmi toplantıların materiallarında çap olunmuşdur.


Ç.M.Hacıyev “Neft-kimya avtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunun doktorantı olmuş və 1992-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, professor Ə.Ə.Abdullayevin və Moskva Aviasiya İnstitutunun professoru, kafedra müdiri, texniki elmlər doktoru Ü.İ.Krinetskinin rəhbərliyi altında “Üzən dəniz platformalarının nəzarət və idarə olunmasının informasiya təyinatlı” adlı mövzusu üzrə dissertasiya müdafiə etmişdir və “texniki elmlər doktoru” alimlik dərəcəsi almışdır.


Ç.M.Hacıyevin dissertasiya işinin əsas nəticələri 30 Beynəlxalq, Ümümittifaq simpozium və konfranslarda, seminarlarda müzakirə edilmişdir.

Onu da qeyd etmək lazımdır ki, Hacıyev Çingiz Yaponiyanın Kobe şəhərində keçirilən “Şəbəkə və sistemlərin riyazi nəzəriyyəsi” Beynəlxalq simpoziumunda, Çin xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “Ölçmə” üzrə Beynəlxalq konfransda və yenə orada keçirilən XII Beynəlxalq konqresdə elmi məruzə ilə çıxış etmişdir.


İndiyə kimi Ç.M.Hacıyev 120 elmi əsəri, o cümlədən, 3 kitabı çap olunmuşdur. Əsərlərinin çoxu Moskvada çap olunmuşdur. Moskva şəhərində “Avtomatika və telemexanika”, “İzmeritelnaya texnika”, “Avtometriya”, “Elektronnoe modelirovanie”, “Rusiya Federasiyasının Elmlər Akademiyasının məruzələri”, “Azərbaycan EA-nın məruzələri və jurnallar, professor Ç.M.Hacıyevin elmi məqalələrini tez-tez çap etmişdir. 1995-ci ildə Ç.M.Hacıyev Azərbaycan Texniki Universitetinin professoru seçilmişdir.


Elmi əsərlərinin yüksək əhəmiyyəti ehtiyacı duyularaq, Ç.M.Hacıyev Türkiyə respublikasına dəvət olunmuş və hal-hazırda o, İstanbul Texniki Unuversitetinin professorudur.

Ç.M.Hacıyev 1993-cü ildə Beynəlxalq “Soros” elmi fondunun ABŞ, keçmiş SSRİ alimləri arasında keçirilən müsabiqəsində birinci yeri tutmuş və “Soros” mükafatına layiq görülmüşdür.


Prof. Ç.M.Hacıyev elmi əhəmiyyəti böyükolan iki kitabını da oxucularımızın nəzərinə çatdırmağı lazım bildik:


1. Ç.M.Hacıyev- Информатисионное обеспечение контролjа и управлениjа морскими плавучими платформами Баку. Elm.1996

2. Ç.M.Hacıyev-Dəmiryolu avtomatika və telemexanika qurğularında xüsusi ölçmələr və diaqnozlaşdırma. Bakı-1997.

Ç.M.Hacıyev hal-hazırda Türkiyədə süni peyk buraxılması üzrə işləyən mütəxəssis alimlərə rəhbərlik edir.

49 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev