HACIYEV ARİF MÜSEYİB OĞLU


Hacıyev Arif Müseyib oğlu, 1944-cü ildə Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olmuşdur. 1960-ci ildə Kəlbəcər qəsəbə orta məktəbini bitirmişdir. Elə həmin ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun İstehsal proseslərinin avtomatlaş-dırılması fakültəsinin Metallurgiya cənayəsinin kompleks mexanikləşdirilməsi və avtomatlaş-dırılması şöbəsinə daxil olmuş və 1966-cı ildə həmin İnstitutu bitirmişdir.

A.M.Hacıyev 1967-ci ildə Sumqayıt şəhərində yerləşən Ümumittifaq “Neftqazavtomat” Elmi–Tədqiqat və layihə İnstitutunun Bakı filialında elmi işçi kimi işə qəbul olunmuşdur. 1968-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1972-ci ildə “Sulfat turşusu vasitəsi ilə algilləşmə presesinin EHM tətbiqi ilə optimal idarə olumması” mövzusunda dissertasiya işi yazaraq müdafiə etmişdir. Ona, Elmi Şuranın qərarı ilə texniki elmlər namizədi alimlik dərəcəsi verilmişdir. A.M.Hacıyevin elmi tətqiqat işləri 1974-cü ildə Moskvanın Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən “ASÜ-texnologiya 74” dövlətlərarası sərgidə nümayiş etdirilmiş və mükafata layiq görülmüşdür. O, 1979-cu ildən indiyə kimi Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda elmi və pedaqoji sahədə çalışır, ixtisaslı kadrlar hazırlayır. İnşaat Mühəndisləri Universitetində inşaatda texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması prosesində hazırlamış bir qrup mütəxəsislərin hazırlanmasında böyük fəaliyyəti olmuşdur. O, eyni zamanda bakalavr və magistr pilləsində ixtisaslı kadrların hazırlamasında fədəkarlıqla çalışır.


A.M.Hacıyevin rəhbərliyi ilə üç nəfər aspirant müvəfəqiyyətlə dissertasiya müdafiə etmişdir. O, Moskva, Kiyev, Belqrad, Daşkənd, Tiblisi, Sumqayıt və s. şəhərlərdə keçirilən elmi konfrans və simpoziyumlarda bir sıra elmi məruzələrlə çıxış etmişdir.

A.M.Hacıyevin iştirak etdiyi və elmi mühazirələr söylədiyi konfrans və simpoziyumlardan bir neçəsini diqqətəçatdırmaq oxucular üçün maraqlı olardı:


-“Avtomatik sistemin həssaslıq nəzəriyyəsi və invariantlıq nəzəriyyəsi” üzrə keçirilən IV Ümumittifaq konfransı. 1969, Kiyev şəhəri.

- “ASVT-M idarə edən hesablama kompleksinin TP AİS-nə tətbiqi” Ümumittifaq konfransı, 1975, Kiyev şəhəri.

-“Texnoloji proseslərin avtomatlaşdırılılmış idarəetmə sistemləri”, Ümumittifaq elmi konfransı, 1976, Kiyev şəhəri.

-“Neft və Neft-kimya sənayesində avtomatlaşdırılmış, idarəetmə sistemlərinin tətbiqi və gələcək inkişafı”, Ümumittifaq konfransı,1977, Moskva şəhəri.

-“Çox əlaqəli sistemlərin idarə edilməsi”, IV Ümumittifaq konfransı, 1978, Moskva şəhəri.

-“Mürəkkəb obyektlərin avtomatik idarə edilməsi”, Elmi konfransı, 1978, Barnaul şəhəri.

-“İstehsal proseslərinin avtomatlaşdırılması və robota-texnika”, Ümumittifaq konfransı, 1983, Barnaul şəhəri.

-“Geofizik cihazqayırmanın inkişafı və Neft-qaz sənayesində avtomatlaşdırılmış, idarəetmə sistemlərinin tətbiqi və yaradılma problemləri”, Elmi konfransı, 1985, Moskva şəhəri.

-“İnşaat materiallarında yeni texnologiya və fundamental axtarış”, Ümumittifaq elmi konfransı, 1989, Yuqoslaviya, Belqrad şəhəri.

-“Neft və Neft-kimya sənayesi obyektləri üçün avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənməsi, tətbiqi və yaradılması problemləri”, 1990, Sumqayıt şəhəri.

-Professor, müəllim və tələbələrin Elmi konfransı, Az. İMÜ, 1995, Bakı şəhəri.

-“Kimya texnologiyalarında kibernetika üsullarının tətbiqi” Dövlətlərarası elmi konfrans, 1994, Moskva şəhəri.


A.M.Hacıyev elmi tetqiqatlarla yanaşı, bir sıra dərs vəsaiti işləyib, çap etdirmişdir. Onlar ali məktəb tələbələri üçün əvəz olunmaz vəsaitdir:


-İqtisadi riyazi üsulların və modellərin tətbiqi, Bakı, Az.TÜ-nün nəşri, 1983.

-Fərdi kompyuterlərdə işləmə metodikası, Bakı, Az. TÜ-nün nəşri, 1990.

-İnformatika, proqramlaşdırma və EHM, Bakı, “Elm” nəşriyyatı, 1992.

41 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev