Harda qalmısınız, kəlbəcərlilər?



Bu yaxınlarda FB –da tanınmış jurnalistimiz, hər gecə yuxusunda əsirlikdə qalan kəndlərinə gedən, yuxusunda Tərtər çayının səsini eşidib diksinən, dünyanın heç bir yerində özünə rahatlıq tapa bilməyən, Kəlbəcərsiz göyüm-göyüm göynəyən Əlövsət Ağalarovun torpaqlarımızın azad edilməsiylə bağlı müraciətini oxudum. Kəlbəcərin işğalı ərəfəsində çox təsirləndim və  bu şeri yazdım.


NƏSİB NƏBİOĞLU


Harda qalmısınız, kəlbəcərlilər?

Dağladı  yad elin sərt qışı məni,

Qarsdı qaçqınların baxışı məni,

Tutdu çiçəklərin qarğışı məni,

Harda qalmısınız,  kəlbəcərlilər?


Bizi ovudurlar, kişi ağlamaz,

Ahı-naləsiylə  sinə dağlamaz,

Kəlbəcər yarası qaysaq  bağlamaz,

Harda qalmısınız,  kəlbəcərlilər


Səyirdin atları, yorun,  çatlasın,

Dağıdın sədləri, qırın, çatlasın,

Sonra deməsinlər, gorun  çatlasın,

Harda qalmısınız,  kəlbəcərlilər?


Bu qəflət sirrinin açın, dərdini,

Yad əldə yolunan saçın dərdini,

Qubadlı, Kəlbəcər, Laçın dərdini,

Harda qalmısınız,  kəlbəcərlilər?


Gözümdə həsrətim ilmə-ilmədi,

Vaxt-vədə ötüşdü, bir kəs bilmədi,

Ağ atlı oğlan da getdi,  gəlmədi,

Harda qalmısınız,  kəlbəcərlilər?


Günün, ayın, ilin gözəl çağında,

Ruhumuz daşlanır şər qalağında,

Bizi yatırtdılar fil qulağında,

Harda qalmısınız,  kəlbəcərlilər?


Hər gün öləziyir  ümidin şamı,

Məni qınayırsa,  qınasın hamı,

Yaman kövrəlmişəm bu yaz axşamı.

Harda qalmısınız,  kəlbəcərlilər?


Nisgildən, həsrətdən tutulub şələm,

Məlhəm olmur mənə  bu dərdli qələm,

Xəbər edəsiniz  yüyürəm, gələm,

Harda qalmısınız,  kəlbəcərlilər?


Üstümüzdən müjdə yeli əsmədi,

Görək yaxşı nədi, görək  pis nədi?

Səbrimizi Allah niyə kəsmədi?

Harda qalmısınız,  kəlbəcərlilər?


Nəsib bülbül kimi, yad qəfəsdədir,

Gözü yolda qalıb, könlü səsdədir,

Heç çimir eləmir,  ayaq üstədir,

Harda qalmısınız,  kəlbəcərlilər?


Moskva, 01.04.2020

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev