"Helikopterin tutumu 24 nəfər üçün nəzərdə tutulsa da birdəfəyə 70 nəfər daşınırdı"


İyun ayının 2-si mülki aviasiya işçilərinin peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyun ayının 2-si (1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradıldığı gün) günü kimi qeyd edilir. 


Mülki aviatorlarımız I Qarabağ müharibəsində baş vermiş döyüşlərdə, xüsusilə 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər rayonunun 60 minlik əhalisinin soyqırım təhlühəsindən xilasında da böyük fədakarlıqları ilə yadda qalmışdırlar. 1993-cü ilin martında - Kəlbəcər döyüşlərinin ən qızğın vaxtlarında əhalinin bir hissəsini təxliyyə edilməsini həyata keçirə biləcək mülki aviasiya idi. Onlar hərbi helikopterlərin mühafizəsi altında dağ yolları ilə hərəkət edə bilməyən əhalinin ən zəif hissəsini (beş minədək uşaq, qoca və qadın) xilas ediblər.


Bu pilotlarımız üçün olduqca həyəcanlı və məsuliyyətli bir prosses idi. Çünki minlərlə insanın taleyi onlardan asılı idi. 1993-cü il mart ayının 31-dən Kəlbəcər əhalisinin təxliyyəsi zamanı əhalinin təxliyyəsi Azərbaycan dövləti üçün həyati əhəmiyyətli rol oynayırdı. Təxliyə Kəlbəcər-Yevlax istiqamətlərində həyata keçirilirdi. Bu işə 25 Mİ-8 və 16 Mİ-2 helikopterləri cəlb olunmuşdur. Ümumilikdə 13-14 helikopter əhalinin təxliyyəsinə cəlb olunmuşdur. Bir helikopter havaya qalxan kimi digəri gözləyən insanları götürmək üçün yerə eniş edirdi. Helikopterin çəkisini azaltmaq və daha çox insanın daşınmasına şərait yaratmaq məqsədi ilə minimum yanacaq götürülürdü. Helikopterin tutumu 24 nəfər üçün nəzərdə tutulmasına baxmayaraq birdəfəyə maksimum 70 nəfər daşınırdı. Helikopterlər düşmənin atəşi altında öz xilaskar missiyasını həyata keçirirdi. Belə uçuşlar zamanı açılan atəşlər nəticəsində helikopterin içində insanlar həlak olurdu. Helikopterlərin demək olar ki, hamısında güllə deşikləri vardı. Sonuncu reysi 1993-cü il aprelin 2-də həyata keçirilmiş və orta hesabla 5 minə yaxın insan xilas edilmişdir. Qeyd etmək lazımdır ki, 1993-cü ilin mart-aprel aylarında Kəlbəcər rayon əhalisinin təxliyyəsi zamanı ümumilikdə 10 helikopterçimiz - Kazım Abbasov, Çingiz Zeynalov, Mirməmməd Ağayev, Xanlar Səttarov, Hüseyncan Əzimov, Tahir Həsənov, Bəhlul Zülfiqarov, Ramiz Xocayev, Xəlil Soltanov, mayor Radik Maksimov, Georgi Kalyanenov, Yuri Paxnov iştirak etmişdir və 5 min əhalinin xilasında böyük fədakarlıqları ilə göstərmişdir. Biz də öz növbəmizdə bu əlamətdar gün münasibəti ilə Azərbaycanın bütün aviatorlarını təbrik edir, onlara aydın səma, hava nəqliyyatının təhlükəsiz və səmərəli istismarında daha böyük nailiyyətlər arzulayırıq. Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, e.o.polkovnik Əzizağa Qəni-zadə

MODERATOR.AZ

#İşğal

24 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev