Heydər Əliyev Şuşada, 2 avqust 1982-ci il - FOTOLAR



Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

Heydər ƏLİYEV

Bu şəkillər 1982-ci il iyul ayının sonları, avqust ayının əvvələrində həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi olmuş Heydər Əliyevin Dağlıq Qarabağ Muxtar Vilayətinə səfəri zamanı Şuşada çəkilib.



Qeyd edək ki, səfər bu çox hadisələrlə yadda qalıb. Heydər Əliyev həmin günlərdə vilayət rəhbərliyi və yerli sakinlərlə görüşlər keçirib, Vaqif poeziya bayramında, Xurşudbanu Natəvanın abidəsinin açılışında iştirak edib. Üzeyir Hacıbəyovun evini-xatirə muzeyini ziyarət edib. Bəstəkarın ev muzeyində olarkən Heydər Əliyev Üzeyir Hacıbəyovun xatirə kompleksini yaratmağın vacibliyini vurğulayıb, qeyd edib ki, kompleks bəstəkarın yaşayıb-yaratdığı şəraiti dəqiq əks etdirməli, eyni zamanda onun yaradıcılığını, müsiqi mədəniyyətini təbliğ edən mərkəzlərdən birinə çevrilməlidir.



Şuşa şəhərinə daim xüsusi diqqət və qayğısı olan Heydər Əliyev şəhərin qədim mənzərələrinin saxlanılmasının, tariximizin qorunmasının zəruriliyini səfər zamanı xüsusilə qeyd edib:

“...Dünyaya gözəl şairlər və musiqiçilər bəxş etmiş şəhərin, Şuşanın bütün gözəlliyini, özünəməxsus təkrarsız görkəmini qoruyub saxlamaq çox vacibdir. Elə etmək lazımdır ki, onun yeni tikintiləri qədim binalarla üzvi surətdə vəhdət yaratsın...”. Modern.az

#Azerbaijan #Qarabağ #Karabakh

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev