Hidayət Elvüsal dünyasına səyahət



Hi­da­yət El­vü­sal Kəl­bə­cər­də 1949-cu ildə do­ğu­lub. Azərb­ybay­can Döv­lət Uni­ver­si­te­ti­nin jur­na­lis­tika fa­kül­tə­sini bit­irib. Kəl­bə­cər­də çı­xan «Ye­ni­lik» ra­yon qə­ze­tin­də, yer­li radio ve­ri­liş­ləri re­dak­si­ya­sın­da ça­lış­maq­la bə­ra­bər Azər­bay­can Döv­lət Radio­su ilə əmək­daş­lıq edib. Daha son­ra «A­zər­bay­can gənc­lə­ri», «Kom­mu­nist­» (in­diki «Xalq qə­ze­ti») qə­zet­lə­rin­də iş­lə­yib. «Sə­hər» qə­ze­ti­nin ya­ra­dı­cı­la­rın­dan biri ki­mi, baş re­dak­to­run müa­vi­ni, «Be­lə-belə iş­lər», «Kri­mi­nal» qə­zet­lə­ri­nin baş re­dak­toru olub.Döv­ri mət­buat­da oçerk­lə­ri, mü­sa­hibə və re­por­taj­la­rı, he­kayə və po­vest­ləri ilə çı­xış edib. «Be­lə-belə iş­lər» rub­ri­kası ilə dərc et­dir­diyi say­sız-he­sab­sız ya­zı­ları ilə po­pul­yar­la­şan Hi­da­yət El­vü­sal ey­ni za­man­da mah­nı mətn­lə­ri­nin müəl­lifi və hə­vəs­kar bəs­tə­kar kimi də ta­nınır.

Ailəlidir, 2 oğlu var. ATA MİLLƏT, ANA MİLLƏT, AĞLAMA

Pəncərəni külək döyüb ağlasa, Eyvanına quşlar qonub ağlasa, Ürəyini nalən yonub ağlasa, İçində yan, ağı deyib, ağlama, Ağlamağın yeri deyil, ağlama Bu döyüşdü - əzilən var, əzən var, Ölüm hökmü qoltuğunda gəzən var; Burda "bizik", nə "mən" vardır, nə "sən" var. Yox, ağlama, ana millət, ağlama! Qorxuram ki, sına millət, ağlama. Hayqır, könül, bundan betər çağ hanı? İnsan yanır, torpaq yanır, dağ yanır. Bacım, indi ağlamağa vaxt hanı? Qardaş deyib, yurddaş deyib, ağlama! Ağlamağın yeri deyil, ağlama. Əyilməkdir ağlamağın tərs üzü, Dərdi dartıb üzməyəni dərd üzür, Ağlayanı tez də tapır dərd-hüzür, Bəlkə tanrı belə yazıb, ağlama. Səsini boğ, millət qızı, ağlama. Bu torpağın son qurbanı mən olsam, Öz odumda yanıb külə tən olsam, Eldən ötən güllələrə dən olsam, Ata millət, oğul, deyib ağlama, Ağlamağın yeri deyil, ağlama! 3 mart, 1992

#Şair #Yazar #Şeir

27 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev