top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Hikmət Əsgərovun müraciəti



ANS-in sabiq əməkdaşı, istedadlı jurnalist Hikmət Əsgərovun müraciətin sizə çatdırırıq ! Hikmət Əsgərov : " Dostlar, sizdən acizyanə və ərk dolu xahişim var!

Hər dəfə sosial şəbəkələrdə xəstələrin şəfası üçün kömək istəyən insanları görəndə ürək ağrısı ilə müraciətlərini ya paylaşmışam, ya da imkanım qədər yardım etməyə çalışmışam. Heç vaxt ağlıma gəlməzdi ki, bu köməyi, bu müraciəti doğma canım, qanım bacım üçün istəyərəm.

Bacım Məmmədova Samirənin bu xəstəliyə düçar olması çox gözlənilməz oldu. Gözləmədiyimiz halda məlum oldu ki, ən kəskin leykozdan onu itirə bilərik. Hazırda Samirə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda yatır. Artıq 2 kurs məlum müalicəni alıb və həkimlərin dediklərini ede bilsək bacım aramıza qayıdacaq. Amma, yerli və başqa dövlətlərdə olan həkimlər təcili sümük iliyi köçürülməsini bildirdilər. Məsələ odur ki, bu prosesin həyata keçirilməsi üçün külli miqdarda ödənişlər etməliyik. Satmaqla, qohum, dost tanışın köməyi ilə çox çətin yığılar bu məbləğ. Bu müddət ərzində bütün müalicələri köməksiz, əlimizdə olanlarla etmişik. Amma indi maddi tərəf tükəndi. Bu səbəbdən də sizdən Samirənin şəfası üçün ailəmizə dəstək olmağınızı, maksimum səfərbər olmağı xahiş edirəm. Bunu hansı acı ilə yazıram təsəvvür edə bilməzsiniz!



Samirə müəllimədir. 38 yaşı var. 2 gül qız balaları var. Gözəl ana, təsibkeş bacı, ləyaqətli övladdı. Körpələrinə görə bu xəstəliyinə qarşı tam gücü ilə mübarizə aparmaq istəyir. O, yaşamaq üçün, övladlarının səsini uzun müddət eşitmək üçün, qayğılarını çəkmək üçün bir saç telindən tutunub.

Hər birinizdən xahiş edirəm bu postu paylaşın. Gündə bir neçə dəfə paylaşın. 1 manat bu gün Samirənin həyatında böyük rol oynayacaq. Bilirəm ki, köməksiz qalmayacağıq! Onun yaşaması bir Allahdan və bir də hər gün hesabına atılacaq 1 manatlardan asılı vəziyyətə çatıb. Oxuduğunuz üçün minnətdəram!"

Həmyerlimizə dəstək olaq bu məsələdə ,biganə qalmayaq məsələyə .


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page