İşıqlı Gələcəyimizə - İLHAMLA İRƏLİ adlı növbəti tədbir keçirildi


“Aşıq Şəmşir” Mədəniyyət Oçağı İctimai birliyinin seçki təbliğat-təşviqat kompaniyası çərçivəsində İşıqlı Gələcəyimizə - İLHAMLA İRƏLİ adlı növbəti tədbir keçirdi


Tədbirdə Kəlbəcərli gənclər iştirak edib. Tədbiri “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov açaraq bildirib ki, aprel ayının 11-də xalqımız üçün taleyüklü bir gündür. Həmin gün xalqımız bir daha siyasi iradəsini ortaya qoyaraq, öz gələcəyini yenə də əmin əllərə tapşıracaqdır. Bu fikri tam əminliklə deyə bilərik. Çünki ölkəmizdə olan inkişaf, rifah bunu deməyə imkan verir. 



Həbib Misirov çıxışında xüsusi vurğuladı ki, özünü siyasi mühacir kimi qələmə verən bəzi üzdən iraq, sapı özümüzdən olan balatalar öz şəxsi mənafelərinə görə ökləmiz və onun layiqli insanları haqında böhtan və təhqir dolu fikirlər səsləndirirlər. Lakin Azərbaycan xalqı, o cümlədən Kəlbəcər ictimaiyyəti agı-qaradan seşməyi bacarır və bu cür çağırışları kəskin şəkildə pisləyir. Kəlbəcərli gənclər 11 Aprel Prezident seçkilərində gənclərin lideri İlham Əliyevə səs verəcəklər. Sonra Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı çıxış etdi. O, gənclərin nəzərinə çatdırdı ki, 90-cı illərdə ölkəmizdə yaranmış gərgin ictimai-siyasi durumdan xalqımız məhz ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri sayəsində çıxdı, Azərbaycan dağılmaq, parçalanmaq təhlükəsindən xilas oldu. Ona görə də bu uğurlu siyasəti davam etdirmək, ölkədə yaradılan sabitliyi qorumaq üçün hər bir Kəlbəcərli gənc Ulu öndərin layiqli davamçısı İlham Əliyevə səs verəcəkdir. Natiq daha sonra bildirdi ki, bütün kəlbəcərlilər, o cümlədən gənclər möhtərəm cənab Prezidentin Azərbaycan klassik aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Şəmşirin anadan olmasının 125 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncamı məmnunluq hissi ilə qarşılayıblar. Ələmdar Cabbarlı vurğuladı ki, Kəlbəcər ictimaiyyəti görkəmli şair və ustad aşıq Dədə Şəmşirin irsinə cənab Prezident tərəfindən verilən yüksək qiyməti ümumilikdə çoxəsrlik tarixi olan ədəbiyyatımıza, aşıq sənətinə, o cümlədən Kəlbəcər ədəbi mühitinə verilən yüksək qiymət kimi dəyərləndirir. O, qeyd etdi ki, ağı qaradan, pisi yaxşıdan ağsaqqal müdrikliyi ilə seçən Dədə Şəmşir bədii yaradıcılıqla məşğul olduğu sovet dövründə heç bir partiya və hökumət xadiminə şeir həsr etməmişdir. O, yalnız xalqımızın xilaskarı, ulu öndər Heydər Əliyevə silsilə şeirlər həsr etmiş, onu görkəmli ictimai-siyasi xadimi kimi yüksək dəyərləndirmişdir. Ona görə biz Kəlbəcərlilər – Dədə Şəmşirin yurddaşları, mənəvi varisləri də hər zaman ağsaqqallarımızın göstərdiyi haqq yolu ilə gedəcəyik, dövlətimizə, onun rəhbərinə sadiq olacağıq. 



Daha sonra İctimai Televiziyanın aparıcısı Qorxmaz Tofiqoğlu çıxış edərək dövlətimizin mədəniyyət siyasəti haqqında geniş çıxış etdi. O, eyni zamanda vurğuladı ki, möhtərəm Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində işğal olunmuş torpaqlarımız azad olunacaq, soydaşlarımız öz dədə-baba yurdlarına qayıdacaq. Qorxmaz Tofiqoğlu vurğuladı ki, aprel qələbələri bunu deməyə ciddi əsas verir. Tədbrin davamında gənclər də çıxış edərək dövlətimizin siyasətini dəstəklədiklərini bildirdilər və vurğuladılar ki, hamı bir nəfər kimi aprel ayının 11-də seçki məntəqələrinə gedərək ən layiqli namizədə səs verəcəklər. 


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev