İcra Hakimiyyəti “Mercedes” yox, “Khazar” avtomobili aldı - Fotolar

Kəlbəcər rayon icra hakimiyyətinə xidməti avtomobilin alınması ilə bağlı tender başa çatıb. Bu barədə “Qafqazinfo”ya rayon icra hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Hikmət Bağırov məlumat verib.

O, bildirib ki, xidməti maşın başçı üçün deyil, onun birinci müavini üçün alınıb: “Bu, “Azərmaş” ASC-nin istehsalı olan “Khazar Peugeot” sedan markalı avtomobildir. İcra başçısının özü isə “Toyota Avalon” markalı maşın sürür. Düzdür, həmin maşın 2008- ci ildə alınıb. İstismar müddəti 10 il olsa da, icra başçısı Aqil Məmmədov həmin maşından yenə də istifadə edəcək”.

Qeyd edək ki, bir neçə gün öncə rəsmi qəzetlərdə icra başçısı üçün avtomobil alınması ilə bağlı tender elan olunmuşdu. Həmin tenderdə "Mercedes S350" markalı avtomobilin alınması nəzərdə tutulmuşdu. İcra başçısının bahalı avtomobil alması müzakirələrə səbəb olmuşdu.

Daha sonra İcra Hakimiyyəti dövlət büdcəsindən xidməti avtomobil alınması üçün 50-55 min manat vəsait nəzərdə tutulduğunu açıqlamış və sözügedən markalı avtomobilin deyil, işlənmişini almağı planlaşdırdıqlarını bildirmişdi. Cəmi bir gün sonra isə, İcra Hakimiyyəti “Mercedes S350” niyyətini "Khazar Peugeot” ilə əvəzləyərək reallaşdırıb.

Qafqazinfo.az

208 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev