İdmançılarımız döyüş sənəti üzrə dünya çempionatında 13 medal qazanıb


Azərbaycan idmançıları Ukraynanın Xarkov şəhərində döyüş sənəti üzrə dünya çempionatında iştirak ediblər.


Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasından (AŞDSF) AZƏRTAC-a bildirilib ki, 28 ölkədən 950 idmançının iştirak etdiyi mundialda ölkəmiz 18 idmançı ilə təmsil olunub. 


Rafiq Əliyev və gümüş medal qazanan Nihat Əzimzadə

Şaolin yarışlarında Firiddun Həsənov (80kq), Xəzər Əliyev (55kq), Tofiq Dadaşov (70kq), Pərviz Qəribov (75 kq, hamısı light sanda versiyası üzrə), Fərhad Poladov (70kq), Orxan Bəylərov (65 kq, hər ikisi full sanda) və İlqar Nəcəfli (90 kq-dan yuxarı, prof sanda) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ariz Rüstəmov (80kq), Elvin Əhmədli (85kq, hər ikisi full sanda), Səccat Rəhimli (25kq), Nihat Əzimzadə (30kq), Emil Mirzəliyev (85kq, hamısı light sanda) və Orxan Həmzəyev (75kq, prof sanda) çempionatın gümüş medalını qazanıblar. Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə AŞDSF-nin prezidenti Rafiq Əliyev, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynov və sanda üzrə yığma komandanın çalışdırıcısı Babək Əliyevin rəhbərliyi altında mübarizə aparıb.

AZƏRTAC (https://azertag.az/xeber/Idmanchilarimiz_doyus_seneti_uzre_dunya_chempionatinda_13_medal_qazanib-1117730 )

#idman

12 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev