İkitərəfli əməkdaşlıq genişləndirilir



“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka, eləcə də səfirin müşaviri Andjey Yankovski ilə görüş keçirilib.

Səmimi dostluq şəraitində keçən ikitərəfli görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka çıxış edərək beynəlxalq və regional layihələrin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri, həmçinin dəmir yolunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. ADY.AZ


9 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev