''İlham Əliyev. İnkişaf - məqsədimizdir'' çoxcildliyinin 74-cü kitabı çapdan çıxıb


"


Azərbaycanlılar dünyada özlərini həmişə öz Vətəninə bağlı insanlar kimi göstəriblər. Bu gün də bu, belədir. Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bölgələrimizdə istirahət üçün gözəl, müasir otellər, istirahət zonaları var. Hesab edirəm ki, Azərbaycan indi dünya miqyasında öz imkanlarını ortaya qoyur. “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 74-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2016-cı il iyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində söylədiyi nitqindən götürülüb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin mayından iyul ayınadək olan dövrü əhatə edir. Kitaba Prezident İlham Əliyevin Avstriyaya, Rusiyaya işgüzar səfərlərinə dair informasiyalar, İstanbulda Dünya Humanitar Sammitində, Berlində Azərbaycan-Almaniya iqtisadi forumunda çıxışlarının mətnləri, NATO Sammitində iştirak etmək üçün Polşaya səfəri barədə materiallar, Sammitin Əfqanıstanla bağlı sessiyasında çıxışının mətni daxil edilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycana rəsmi səfərə gəlmiş Türkiyənin Baş naziri ilə görüşü, Rusiya Federasiyası Dağıstan Respublikasının başçısını qəbul etməsi barədə informasiyalar yer alıb. Çoxcildliyin 74-cü kitabında Prezident İlham Əliyevin İndoneziya, Niderland, Bolqarıstan, İran, Rusiya, Belarus, Çin, Türkiyə, İtaliya, Əfqanıstan, Böyük Britaniya və digər dövlətlərin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, “The Business Year” jurnalının baş redaktorunu və baş direktorunu qəbul etməsi barədə materiallar toplanıb. Kitaba, həmçinin Azərbaycan Prezidentinin qoşunların təmas xəttində yerləşən Tərtər, Ağdam vəBərdə rayonlarına səfərlərinə, sakinlərlə görüşlərinə, Bakıda aparılan yenidənqurma və abadlıq işləri ilə tanışlığına dair materiallar daxil olunub. Bu nəşrdə Prezident İlham Əliyevin XXIII Beynəlxalq “Xəzər Neft və Qaz-2016” sərgi və konfransının açılışı mərasimində, Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söylədiyi nitqlərinin mətnləri, XXII Beynəlxalq Qida Sənayesi və X Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanışlığına dair informasiyalar toplanıb. Dövlətimizin başçısının ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi, 28 May – Respublika Günü ilə əlaqədar rəsmi qəbullarda söylədiyi nitqlərinin, “Gəncə-2016-cı il Avropa gənclər paytaxtı” layihəsinin açılışı mərasiminin iştirakçılarına ünvanlanmış məktubunun, 80 illik yubileyi münasibətilə şair Oljas Süleymenova təbrikinin və digər müraciət və məktubların mətnləri ilə də bu kitabda tanış olmaq mümkündür. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib. “Azərnəşr” tərəfindən buraxılan 74-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub 


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev