İlham Əliyev: Qarabağ - Azərbaycandır. Və nida işarəsi

Qarabağ – Azərbaycandır. Və nida işarəsi.

Kalbajar.com bildirir ki, bu sözləri Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib. Prezident çıxışında bildirib:

“Daimi müzakirə mövzularından biri Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rusiya vasitəçilik mandatı olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Qeyd etməliyəm ki, 25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu erməni işğalı altındadır.

Dağlıq Qarabağ əslən Azərbaycan torpağıdır. Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Deyim ki, münaqişə ilə əlaqədar kifayət qədər geniş fikirlər mövcuddur, əksər hallarda onlar reallığı əks etdirmir.

Beləliklə, aydınlaşdırmaq üçün deməliyəm ki, 1921-ci ildə Koordinasiya bürosunun qərarı sözün həqiqi mənasında Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaqdan ibarət idi, ermənilərin dediyi kimi, kiməsə ötürməkdən yox.

Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 25-in 75-ə idi. Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub.

Başqa sözlərlə desək, etnik təmizləmə həyata keçirilib və bu gün də işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsi yandırılmış torpaqlar, dağıdılmış evlər, məktəblər və ictimai obyektlərdən ibarətdir”.

51 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev