İMANOV ELXAN HƏMİD OĞLU


İmanov Elman Həmid oğlu, 1941-ci ildə Kəlbəcər rayonunun Kəlbəcər qəsəbəsində anadan olmuşdur. O, 1947-ci ildə Kəlbəcər qəsəbə orta məktəbinə daxil olmuşdur. 1958-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə də Bakı şəhərinə gəlib, Azərbaycan Sənaye İnstitunun geoloji kəşfiyyat fakültəsinə daxil olmuşur.

1963-cü ildə həmin institutu fərqlənmə diplomu ilə qurtaran İmanov, təyinat ilə Rusiya Federasiyasının İrkutsk şəhərinə göndərilmişdir. O, İrkutsk şəhərində İrkutsk Politexnik İnstitunun İnşaat fakültəsinin su təchizatı şöbəsinə daxil olaraq, uğurla başa vurur. İnstitutu bitirdikdən sonra, onu İrkutsk Politexnik İnstitunda işləmək üçün fakültədə saxlayırlar və o burada özünün pedaqoji fəaliyyətinə başlamışdır.


Bir müddətdən sonra E.H.İmanov Novosbirsk Politexnik İnstitunun aspiranturasına imtahan verərək daxil olmuş, orada “ Kimya zavodlarının çirkab sularının kimyəvi üsulla təmizlənməsi metodları” mövzusunda dissertasiya müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


E.H.İmanov dissertasiya mövzusunu müdafiə etdikdən sonra İrkutsk Politexnik İnstitutuna qayıtmış, orada yenidən pedaqoji fəaliyyətini davam etdirmişdir. O, pedaqoji fəaliyyət ilə yanaşı, elmi axtarışlarlada məşğul olmuş, müxtəlif mövzularda elmi əsər və məqalələr yazıb, çap etdirmişdir. Eyni zamanda, Elxan müəllim bir neçə dəfə Rusiya Federasiyasının müxtəlif şəhərlərində keçirilmiş Elmi konfranslarında ixtisası üzrə elmi məruzə ilə çıxışlar etmişdir.


Hal-hazırda Elxan İmanov Anqarsk Politexnik İnstitutunda pedaqoji fəaliyyətini davam etdirir. O, evlidir bir oğlu var.

8 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev