İSAYEV MƏZAHİR MƏHƏMMƏD OĞLU

Updated: Dec 22, 2018


İsayev Məzahir Məhəmməd oğlu, 1958-ci İldə Kəlbəcər rayonunun Bəzirxana kəndində, müəllim ailəsində anadan olmuşdur.1965-ci ildə Bəzirxana kəndində ibtidai məktəbdə birinci sinifə daxil olmuş, 1969-cu ildə dördüncü sinifi bitirmiş və Zar kənd orta məktəbinin beşinci sinifinə daxil olmuşdur. 1973-cü ildə həmin məktəbin 8-ci sinifini fərqlənmə ilə bitirərək, elə həmin il Bakı şəhərində yerləşən 1 saylı fizika-riyaziyyat təmayüllü respublika orta internat məktəbinə daxil olmuş, 1975-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Ç.İldırım adına APİ-nin avtomatika və hesablama texnikası fakültəsinin Avtomatika və telemexanika şöbəsinə daxil olmuş və 1981-ci ildə həmin institutu bitirərək, təyinatla Sumqayıt şəhərində yerləşən Neftqazavtomat Elmi İstehsal Birliyinə göndərilmişdir.


M.M.İsayev Neftqazavtomat EİB-də işlədiyi müddətdə neft qurğularının telemexaniki idarə edilməsi üçün nəzərdə tutulmuş UVTK-6- telekompleksinin layihələnməsində şaquli neft çəlləklərində mayenin kütləsini avtomatik təyin edən İnformasiya-ölçmə sistemi “Vertikalın” yaradılmasında elmi tətqiqat işlərini aparmışdır. Hal-hazırda bu komplekslərin istehsalatda tətbiqi ilə məşğul olur, sistem 50-yə yaxın neft anbarlarında, neftqayırma zavodlarında və s. obyektlərdə tətbiq edilir.


M.M.İsayev 1983-cü ildə elmi fəaliyyətini genişləndirmək üçün Lelinqrad şəhərinə bir illik ezam olunaraq, M.İ.Kalinin adına LPİ –də ixtisasartırma kursu keçərək, tam kursu müvəffəqiyyətlə bitirmiş və 1994-cü ildə yenidən Neftqazavtomat EİB-nə qayıtmışdır.

M.M.İsayev 1988-ci ildə həmin müəssisənin Məlumat ölçmə sistemləri ixtisası üzrə aspirantura şöbəsinə daxil olmuş, istehsalatdan ayrılmadan aspiranturanı bitirmişdir. M.M.İsayev 1998-ci ildə İstanbul Texniki Universitetinin professoru, fizika-riyaziyyat elmlər doktoru həmyerlimiz Hacıyev Çingizin rəhbərliyi altında “Şaquli rezervuarlarda neft məhsullarının miqdarını təyin edən məlumat ölçmə sistemlərinin informasiya təminatı” mövzusunda dissertasiya müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


M.M.İsayevin dissertasiya işi şaquli çənlərdə neft məhsullarının miqdarını yüksək dəqiqliklə təyin edən məlumat ölçmə sisteminin (MÖS) yaradılması və onun informasiya təminatına həsr edilmişdir. Pyezometrik üsulla mayelərin hidrostatik təzyiqinin ölçülməsinin üstünlükləri əsaslandırılmış və differensial təzyiq çeviricisi (DTC) əsasında MÖS-nin optimal sturukturu seçilmişdir. MÖS-nin metroloji xarakteristikasını yüksəltmək üçün DTC-nin temperatur xətası kompensasiya olunmuş, etalon təzyiq vercisi vasitəsilə xarakteristikası dərəcələnmiş və nəticədə ölçmə alqoritmləri işlənmişdir.


M.M.İsayev çeviricilərin dərəcələnmə əyrilərini parametrik və struktur eyniləşdirmə ilə müəyyənləşdirmiş, struktur-alqoritmik və ən kiçik kvadratlar üsulundan istifadə edərək iki üsul işləmişdir. Hər iki üsulun əsaslandırılması və yaradılmış MÖS-nin mikro EHM-də işlənməsi sayəsində geniş diopozonda neft məhullarının kütləsinin yüksək dəqiqliklə hesqablanması təmin edilmişdir.


M.M.İsayev aspiranturada təhsil aldığı müddətdən indiyə kimi dissertasiya ilə yanaşı elmə böyük maraq göstərmiş, ixtisası üzrə bir sıra elmi məqalələr işləyib, çap etdirmişdir. O, istər Azərbaycanda, istərsə də ölkədən xaricidə bir sıra Elmi Konfranslarda və simpoziumlarda məruzə ilə çıxış etmişdir. Etdiyi elmi məruzələr həmin toplantıların materiallarında çap edilmişdir. Belə ki, Sumqayıt-1985, Kazan-1987, Kirovoqrad-1988, Ufa-1991, Sumqayıt-1990 və s. Həmin illərdə M.M.İsayev 15-ə qədər elmi məqalə yazıb, çap etdirmişdir. O, həm də bir neçə ixtiraların müəllifidir. Ona görə İsayev dünyanın müxtəlif ölkələrindən dəvətnamələr almışdır. O, bacarıqlı mühəndis və elmi işçidir.


M.M.İsayev hal-hazırda Sənayeavtomatika istehsalat birliyində xüsusi konstruktorlar bürosunda şöbə müdiri işləyir. Onun işlədiyi şöbə neft və qaz sənayesinin avtomatlaşdırılması üçün ən yeni qurğuların yaradılması ilə məşğul olur.

Bununla bərabər o Azərbaycan EA-nın Kibernetika İnstitutunda elmi fəaliyyət göstərir.

38 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev