İsgəndər Həmidova qoyulan diaqnoz açıqlandı: 6 XƏSTƏLİK – FOTO


“Xeyli zamandır dostumuz, sabiq daxili işlər naziri, general İsgəndər Həmidov barəsində sosial şəbəkələrdə əsassız söz-söhbətlər gedir. Tam səmimiyyətlə bildirirəm ki, bu söhbətlər ya məlumatsızlıqdan, ya da qəsdən yayılır. Qəsdən edilən bəyannamələrlə işim yox, səmimi yanılan dostlara faydalı ola biləcək bilgilər çatdırmaq istərdim”.

Bunu tanınmış həkim Asil Qeybulla İsgəndər Həmidovla bağlı yayılan söz-söhbətə son qoymaq üçün bildirib.

Adil Qeybullanın sözlərinə görə, xeyli vaxtdır İsgəndər bəyin səhhətindəki ağır problemlərlə əlaqədar onun uzunmüddətli müalicəsinin təqibi ilə məşğuldur:

“İsgəndər bəy əvvəlcə Bakıda müayinə olundu, xəstəliklərinin çoxluğu və sonrakı uzunmüddətli və mürəkkəb reabilitasiya zərurətini nəzərə alaraq, Türkiyə Cümhuriyyətinə getməsi qərara alındı. Öncə Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində hərtərəfli müayinə olundu və diaqnoz qoyuldu: Ürəyin xroniki işemik xəstəliyi, gərginlik stenokardiyası, xroniki pielonefrit, böyrəklərin solitar sistləri, yoğun bağırsağın polipi, prostat vəzin xoş xassəli adenoması. Mərhələli əməliyyatlar məsləhət görüldü. Müalicə xərcləri xeyli baha olduğundan İsgəndər bəy Bursa şəhərinə gedəsi oldu. Bursada mərhələ ilə ürəyin açıq koranar bypass əməliyyatı, prostat TUR adenomektomiya əməliyyatı, böyrəklərin endoskopik kistektomiya əməliyyatı və yoğun bağırsağın rezeksiyası-anastomoz qoyulması kimi yaşı və səhhəti üçün ciddi olan əməliyyatlar keçirəsi oldu.

Qeyd etməyi zəruri hesab edirəm: həmin söz-söhbətlər yayılanda o, Bursa şəhərində reanimasiyada müalicə alırdı, mən onun yanında olan qaynı Kamran ilə əlaqə saxlayırdım. Nəhayət, əməliyyatlardan sonra xeyli müddət reanimasiyada qalası oldu və bu günlərdə vətənə qayıtdı. Hazırda “City hospital”da müalicə alır. İsgəndər bəyin ağrı-acılarına rəğmən ruhən güclü imici çoxlarını yanıldır, əsassız söhbətlər yayılır. Məlumat yayarkən onun səhhətinin xeyli problemli olduğunu nəzərə almalarını xahiş edirəm”.

Adil Qeybulla aşağıdakı şəklin nümayişinin həkim etikasına zidd olduğunu desə də, “söylədiklərimin təsdiqi kimi onları sizə təqdim etməyi məqsədəuyğun sayıram” söyləyib. 


Modern.az




341 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev