İslam Əzimov dünyasına bir səyahət



Dönübdü hamıdan üzü dağların . Xiffətdən alnına yüz düyün düşüb Yaman bükülübdü dizi dağların Yetim qalmış kür uşaqdı elə bil Bir yumur min tökür gözü dağların . Qürursuz görünür torpağı. daşı Bozarıb yanağı .çatılıb qaşı Gileydi dilində hər kəlməbaşı Dönübdü hamıdan üzü dağların . Çiynində dağ yükü daşıyıb İslam Soyuq baxışlardan üşüyüb İslam Köçkündü... tənələr yaşıyıb İslam Dəyməz xətirinə sözü dağların HƏR GECƏ Ümidsız xəstənin çırağı kimi, Yüz yol sönüb, alışıram hər gecə Yaylaqdan arana, arandan dağa, Köçhaköçlə çalışıram hər gecə. Qara günlər aşqaradır aşıma, Ağ saçlarım oğul deyir yaşıma, Vəfalı dərdləri yığıb başıma, Umub,küsüb..,barışıram hər gecə. İslamam, hicrana olmuşam kölə, Tökülür üstümə qəm şələ-şələ, Babamın ruhunu gətirib dilə , Kəlbəcəri soruşuram hər gecə.


Dönübdü hamıdan üzü dağların Xiffətdən alnına yüz düyün düşüb Yaman bükülübdü dizi dağların Yetim qalmış kür uşaqdı elə bil Bir yumur . min tökür gözü dağların . Qürursuz görünür torpağı. daşı Bozarıb yanağı .çatılıb qaşı Gileydi dilində hər kəlməbaşı Dönübdü hamıdan üzü dağların . Çiynində dağ yükü daşıyıb İslam Soyuq baxışlardan üşüyüb İslam Köçkündü... tənələr yaşıyıb İslam Dəyməz xətirinə sözü dağların


GECƏLƏR Qəlbimin yağını yavanlıq edir, Gözümün yaşını içir -gecələr Axşamdan səhərə vurhavurdyam, İçimdən addayıb, keçir -gecələr. . Elimin yarısın Murov apardı Yarısın- qar,boran,qırov apardı Yarısın- düşmənlər girov apardı Yarısın- Əzrayıl seçir -gecələr . Ərşə çıxdı ahı, ünü İslamın Odsuz,közsüz yandı canı İslamın Düz altmış min qəribanı İslamın Röyada Vətənə köçür gecələr

O DÜNYANIN CƏNNƏTİ VAR, BU DÜNYANIN KƏLBƏCƏRİ (kaş o vaxtlar bu yazını yazmayaydım ) Söz tapmıram,vəsf eyləyim, Dastan yazım yaşına mən. İlmə-ilmə ilmələşmiş, Qayasına, daşına mən. Zirvələri ər oğlu ər, Çəmənləri nazlı pəri, Çiçəklidağ - sirli xalı, İsti Suyu- şah əsəri, Yaradanın hikmətindən Xəbər verir hər dağ,dərə. Şübhəm var ki, Allah özü Qədəm basmış Kəlbəcərə. Qafil insan, duy hikməti, Ayaq saxla, bir dön geri, O dünyanın cənnəti var. Bu dünyanın Kəlbəcəri ** Addım-addım,qarış-qarış xəzinədi bilən,bilir. Loğman timsal təbiətin şəfa üçün gələn ,bilir Saxasının yox bənzəri çörəyini bölən,bilir Min sınaqla zirvələşib, Xan Tərtəri alın təri O dünyanın cənnəti var. Bu dünyanın Kəlbəcəri . İslam Əzimov


21 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev