İSMAYILXANOVA ƏSMƏT İDRİS QIZI


İsmayılxanova Əsmət İdris qızı, 16 mart 1965-ci ildə Kəlbəcər rayonunun Kilsəlikənd kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1972-ci ildə Kəlbəcər şəhər 2 №-li orta məktəbinə daxil olmuş və 1982-ci ildə həmin məktəbi tərifnamə ilə bitirmişdir. Həmin il sənədlərini V.İ.Lenin adına APİ-nin coğrafiya fakültəsinə verdi, lakin müsabiqədən keşməyərək Kəlbəcərə qayıtmışdır. Bir il 41 N-li SMD-də fəhlə işləmişdir. 1983-cü ildə yenidən sənədlərini ali məktəbə vermiş və V.İ.Lenin adına APİ-nin Coğrafiya fakültəsinin Coğrafiya-biologiya müəllimliyi ixtisasına daxil olmuşdur və 1988-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Ona coğrafiya-biologoya ixtisası üzrə orta məktəb müəllimi adı verilmişdir.


1988-ci ildə Ə.İ.İsmayılxanova təyinatla Kəlbəcər rayonuna qayıtmış və orada 1990-cı ilə qədər 3 N-li Kəlbəcər şəhəri rusdilli orta məktəbində ixtisası üzrə müəllim işləmişdir.

Ə.İ.İsmayılxanova orta məktəbdə işlədiyi bu iki il müddətində nəinki ixtisası üzrə, hətta hər dərsdə dünyavı elimlərdən yeri gəldikcə şagirdlərə verdiyi maraqlı məlumatlarına və onlarla ünsiyyətinə görə həm də valideynlərin arasında hörmət qazanmışdır. Onun tədrislə yanaşı elmə böyük həvəsi, elmin yüksək zirvələrinə qalxmaq xəyalı Əsmət müəlliməni 1990-cı ildə N.Tusi adına ADPU-nun aspiranturasına gətirdi və o, imtahan verərək yüksək qiymətlərlə aspiranturaya qəbul olundu. O, burada Ümumi pedaqogika kafedrasında – “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə elmi araşdırmalara başladı. Eyni zamanda tələbəlik illərində qrup nümayəndəsi işini apararkən göstərdiy fəaliyyətini nəzərə alaraq Universitet rəhbərliyi tərəfindən Elmi hissə şöbəsində işlə təmin olundu.


Ə.İ.İsmayılxanova həmin vaxt PEA-nın həqiqi üzvi, peadqoji elmləri doktoru professor Hüseyn Mustafa oğlu Əhmədovun rəhbərliyi altında “Məktəbdənkənar tərbiyə müəssisələrində şagirdlərin peşəyönümünün məzmun, forma və yolları” mövzusunda dissertasiya yazmışdır. Mühasirə illərində Kəlbəcərə getməyin təhlükəli olmasına baxmayaraq, Kəlbəcər gəlmiş və bir həftə ərzində Tarix-diyarşünaslıq muzeyində tədqiqatlar

apararaq dissertasiyasında şagirdlərin peşəyönümlü tərbiyə olunmasında muzeylərin rolunun əhəmiyyətini vermişdir.


O, 1988-ci il oktyabrın 27-də Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış-Birləşdirilmiş Müdafiə Şurasında namizədlik dissertasiyasını uğurla müdafiə etmiş və pedaqoji elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.


Aspiranturada təhsil aldığı illərdə, Əsmət müəllimə nəzərdə tutulduğundan daha çox elmi məqalə və tezislər yazıb, çap etdirmişdir. O, 40-dan çox elmi məqalə və tezisin, 4 magistr pilləsi üçün proqramın, 2 dərs metodik və 1 dərs vəsaitinin müəllifidir. Hər il 6-7 magistranta magistr dissertasiyasının mövzusu üzrə elmi tədqiqatların aparılmasına rəhbərlik edir. Onun yazdığı dərs vəsaitləri ali məktəb tələbələrinin istifadə etdikləri qiymətli əsərdir:


-“Təcrübəçi tələbələrə kömək”, (metodik vəsait), Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı, ADPU-nun mətbəəsi, 2012, 80 səh.

-“Əxlaqi-mənəvi dəyərlər”, (dərs vəsaiti). Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı, ADPU-nun mətbəəsi, 2015, 207 səh.

-“Təcrübəçi tələbələrə kömək”, Təkmilləşdirilmiş yeni nəşri, (metodik vəsait), Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Bakı, ADPU-nun mətbəəsi, 2018, 102 səh.


Ə.İ.İsmayılxanova elmi tədqiqatlarını davam etdirir. O, hal –hazırda ADPU-nin Ümumi pedaqogika kafedrasının dosentidir.


Ailəlidir, bir oğlu var. Həyat yoldaşı ali təhsilli rabitə mütəxəssidir.


Ə.İ.İsmayılxanova elmi işlə yanaşı, yeganə arzusu, doğma Kəlbəcər kimi cənnət yurdu düşmən tapdağından azad olandan sonra, dönüb Kəlbəcərli balalara elmi əsaslarını öyrətməkdir.

29 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev