“İstedadlı Əlillər” İctimai Birliyinin fiziki məhdudiyyəti olan şəxslər üçün ingilis dili kursları t


24 aprel 2017-ci il tarixdən etibarən “İstedadlı Əlillər” İctimai Birliyi “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsi çərçivəsində 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin tələbələrinə İngilis dili kurslarının təlim edilməsinə başladı. Tədbiri giriş sözü ilə Mərkəzin drektoru Rahilə xanım Həsrətova açaraq xarici dil kurslarının təşkil edilməsinin gənc iştrakçılar üçün əhəmiyyətindən danışdı və xüsusi olaraq vurğuladı ki, “Xarici ölkələrdə keçirilən idman yarışlarında ölkəmizi təmsil edən paralimpiyaçılarımıza ingilis dilini bilmək faydalıdır və əhəmiyyətlidir”... Sonra İstedadlı Əlillər İctimai Birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov layihə haqqında geniş məlumat verərək qeyd etdi ki, “Bu mərkəzdə təşkil etdiyimiz xarici dil kursları və yaxın günlərdə təşkil edəcəyimiz “Layihə Universiteti”-nin təlim edilməsi iştrakçılarin gələcəkdə əmək fəaliyyəti ilə məşğul olmalarına zəmin yaradacaq, öyrəndiklər nəinki iştrakçıların özləri üçün, eyni zamanda cəmiyyət üçün faydalı olacq. Qeyd edim ki, təşkil olunan kurslar iştrakçılara ödənişsiz olaraq təlim ediləcək”... Daha sonra Şəms Tərcümə Xidmətləri Mərkəzinin nümayəndəsi mövzu ilə əlaqəli çıxış etdərək vurğuladı ki, kurslar həftədə üç dəfə olmaqla üç ay təlim ediləcək, zərurət olarsa təlimlərin vaxtının artırılmasına baxılacaq”...

Çıxışlardan sonra iştrakçıları maraqlandıran suallar təşkilatçılar tərəfindən cavablandırıldı. Tədbirin sonunda İstedadlı Əlillər İctimai Birliyinin sədri, layihənin rəhbəri Cavad Qasımov qeyd etdi ki, Birliyimizin “Fiziki məhdudiyyəti olan şəxslər üçün peşə hazırlıq kurslarının təşkil edilməsi və məşğulluğun artırılması” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, 1 Saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin və Şəms Tərcümə Xidmətləri Mərkəziin təşkilatı dəstəyi ilə həyata keçirilir. Layihənin gerçəkləşməsində əməyi və dəstəyi olan hər kəsə təşəkürümüzü bildiririk”.

İstedadlı Əlillər İctimai Birliyinin Mətbuat Xidməti

İstedadlı Əlillər ictimai birliyi


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev