İsveç qəzeti: Ermənistan öz qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalıdır


İsveçin “Aftonbladet” qəzetində İsveçin Gənc Azərbaycanlıları təşkilatının (SUAZ) Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc edilib.

KALBAJAR.COM AZƏRTAC -a istinadən xəbər verir ki, məqalədə SUAZ-ın sədri Mahirə Muxtarova daha əvvəl İsveç mediasında yayılan və faktlara əsaslanmayan məlumat və məqalələrə etiraz edərək yazır: “Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən, ilk növbədə, indiki döyüşlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində getdiyi qeyd olunmalıdır. Nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsasən, Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal çıxarmalıdır”.

Məqalədə Ermənistanın Azərbaycan neftini Avropaya nəql edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinə zərbə vurmaq üçün iyulda münaqişə zonasından uzaqda yerləşən rayona hücum etdiyi xatırladılır. Qeyd edilir ki, bu hücum regionda gərginliyin artmasına səbəb olub. Bu və digər təxribatçı addımların sentyabrın sonlarında genişmiqyaslı hərbi əməliyyatlarla nəticələndiyini qeyd edən diaspor fəalı Azərbaycanın bununla başlanan haqq mübarizəsinin ölkədəki bütün siyasi partiyalar tərəfindən dəstəkləndiyini vurğulayıb.

Xarici qüvvələrin və döyüşçülərin münaqişədə istifadə olunması haqqında iftiraların da faktlara əsaslanmadığının xüsusi qeyd olunduğu məqalədə deyilir: “Əlbəttə, Türkiyə Azərbaycanın milli mübarizəsini dəstəkləyir, amma hazırda əməliyyatlarda bir nəfər də olsun türk əsgəri iştirak etmir. Suriyalı muzdluların istifadəsi isə tamamilə erməni təbliğatının məhsuludur və buna dair heç bir dəlil təqdim edilməyib”.

Lakin müxtəlif ölkələrin vətəndaşlarının Ermənistan tərəfindən döyüşlərdə iştirakı haqqında əyani dəlillərin olmasına baxmayaraq, bu barədə dünya KİV-lərinin obyektivlik göstərməməsi təəssüf hissi ilə vurğulanıb.

Baş verən münaqişənin kökündə 1990-cı illərdə Ermənistanın Azərbaycan ərazilərini zəbt etməsi və orada yaşayan bütün azərbaycanlıların doğma yurdlarından qovulmasının dayandığı bildirilir. Diqqətə çatdırılır ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Dağlıq Qarabağla bitmir, onun ətrafındakı 7 rayon da zəbt edilib. Bu rayonlardan biri olan Kəlbəcərdən məcburi köçkün düşmüş Mahirə Muxtarova, həmçinin yazır: “Artıq 27 ildir ki, doğma şəhərimi yenidən görmək arzusundayam. Oradan qovulan insanlar arasında azərbaycanlılarla yanaşı, kürdlər və digər millətlərin nümayəndələri də var idi. Ümumilikdə, münaqişə nəticəsində 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınıb. İndi Azərbaycan qaçqınları öz evlərinə qaytarmaq istəyirlər”.



AZƏRTAC (Stokholm)

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev