"İlham Əliyev Makron kimi prezidentlərin çoxunu yola salıb..." - VİDEO


Kəlbəcərdə zəngin uran yataqları var. Mən həmin geoloji kəşfiyyat işlərində baş mühəndis kimi çalışmışam. Vaxtilə həmin uran yatağının üstünü basdırıb plombladılar. Mən bu saat da həmin yataqların yerini bilirəm. Televizorda baxıb görürəm ki, Kəlbəcərin sərvətlərində Fransanın prezidentinin də gözü var. Amma o İlham Əliyevi aldada bilməz. İlham Əliyev Makron kimi prezidentlərin çoxunu yola salıb. İnşallah İlham Əliyev bizi Kəlbəcərə qaytaracaq və bizlər yenidən həmin təbii sərvətlərin sahibi olacağıq. İlham Əliyev Heydər Əliyevin nişanəsi, onun yurdunun sahibidir, inşallah o arzularımızın hamısını çin edəcək.

Bunu 93 yaşlı Kəlbəcər ağsaqqalı Əliaslan Əmiraslan oğlu Məmmədov deyib. Biz də bu nurani ağsaqqalın arzusuna qoşularaq Aləmlərin Rəbbindən təmənna edirik ki, İnşallah tezliklə Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi nəticəsində təkcə Kəlbəcər deyil, yağı tapdağındakı bütün Vətən torpaqları işğaldan azad olunsun və əsrlər boyu paramparça edilən bu yaralı məmləkət nəhayət öz bütövlüyünə qobuşsun. Allah o gözəl günü bizlərə çox görməsin inşallah!


Videoya burdan bax

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev