İsgəndər Həmidov vəfat etdi

Azərbaycan Milli Azadlıq Hərəkatının görkəmli nümayəndələrindən biri, keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə İ.Həmidovun həkimi, professor Adil Qeybulla özünün feysbuk hesabında məlumat verib.

Qeyd edək ki, yanvar ayının 24-də İsgəndər Həmidovun halı qəflətən pisləşib və o, huşunu itirib. Əvvəlcə Mərkəzi Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən İ.Həmidov sonradan “Bakı City Hospital”a köçürülmüşdü. Xatırladaq ki, İ.Həmidov 1948-ci ilin oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. Allah rəhmət eləsin!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev