Jurnalistlərin cənub bölgəsində bayraq aksiyası – Fotolar



Dördüncü ildir ki, Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri ənənəvi olaraq Bayraq Günündə aksiya keçirir. Azərbaycanın müxtəlif bölgələrində insanlara bayraq hədiyyə edir, onların bayraqla bağlı fikirlərini öyrənirlər. Turkustan.info xəbər verir ki, ənənəyə sadiq qalaraq ötən gün qurumun bir qrup üzvü ölkəmizin Cənub bölgəsində gediblər. Aksiya çərçivəsində jurnalistlər əvvəlcə Lerikdə olublar. Bayraq Meydanında rayonun rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlərlə görüşən jurnalistlər onlara bayraqlar hədiyyə ediblər. PJB üzvləri Bayraq Muzeyi ilə də tanış olublar. Daha sonra onlar rayonun mərkəzində Şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Abidə Kompleksini ziyarət ediblər. Lerikdən sonra jurnalistlər Lənkəran şəhərinə gəliblər. Heydər Əliyev Parkında istirahət edən sakinlərlə görüşərək onlara bayraqlar paylayıblar.



Sakinlər bu cür nəcib aksiyalarla gələcək nəsildə Vətənə, torpağa olan məhəbbətin daha da dərinləşəcəyini bildiriblər. Jurnalistlərin son dayanacağı Masallı rayonu olub. Onlar burada da sakinlərə bayraqlar hədiyyə ediblər. Tədbirin sonunda jurnalistlərə aksiyanın əhəmiyyətindən danışan PJB sədri Elşad Eyvazlı bildirib ki, onlar 4 ildir ölkənin müxtəlif bölgələrində bu aksiyanı keçirirlər: “Məqsədimiz insanlarda Bayraq sevgisini daha da yüksəltməkdir. Bu aksiya kiməsə bir bayraq hədiyyə etməklə bitmir. Bir növ həm də ayrı-ayrı bölgələrdə insanlarımızın bayrağa münasibətilə bağlı monitorinq aparılır.




Deyə bilərik ki, ümumi mənzərə yaxşıdır. Xüsusilə yeni nəsildə Bayrağa, Vətənə yanaşma adamı daha çox sevindirir”. 







BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev