Köçkünlərə mənzillərin verilməsi tam şəffaf şəkildə həyata keçirilir


“Dünyada yalnız Azərbaycanda məcburi köçkünlər üçün dövlət tərəfindən mənzillər tikilir və pulsuz paylanılır”.

Kalbajar.com Modern.az -a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, Azərbaycan dövləti indiyə qədər bu işi həyata keçirib və bundan sonra da həyata keçiriləcək:


Mənzillərin verilməsi tam şəffaf şəkildə həyata keçirilir. Təkcə son bir il ərzində məcburi köçkünlərə üç mindən çox mənzil verilib. Mənzillərin verilməsi ilə bağlı xüsusi komissiya yaradılıb və tam əminliklə deyə bilərəm ki, komissiya şəffaf şəkildə fəaliyyət göstərir. Təəssüflər olsun ki, bəziləri bizim haqqımızda başqa cür danışır, ancaq onların da məqsədi bizə aydındır”.


Komitə sədri vurğulayıb ki, Prezident İlham Əliyev qaçın və məcburi köçkünlərə daim diqqət göstərir:

Məcburi köçkünlərə verilən müavinətlər 50 faiz artırılıb və aprel ayından etibarən məcburi köçkünlər müavinətləri artımla alacaqlar. Eyni zamanda, məcburi köçkünlər üçün əmək yarmarkaları, tibbi müayinələr keçirlir. Əlbəttə, bizim əsas istəyimiz torpaqlarımızın erməni işğalından azad edilməsidir. Əminəm ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə buna nail olacağıq”.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev