Köçkünlər öz pullarıyla ata yurdunda ev tikə bilərlər? – Deputatdan AÇIQLAMA


Artıq işğaldan azad edilən iki kənddə bərpa işlərinə başlanılıb. Prosesin bir qədər ləng getməsinə səbəb isə ərazilərin minalardan tam təmizlənməməsidir. Həmçinin məlumdur ki, quruculuq işlərinin aparılması güclü miqdarda vəsait tələb edir. Mütəxəssislər hesab edirlər ki,dağıdılmış evlərin bərpası və əhalinin işğaldan azad olunmuş ərazilərə köçürülməsi ən azı 5-10 il çəkəcək. Bu isə məcburi köçkünlər tərəfindən birmənalı qarşılanmır. Bəzi vətəndaşlar prosesi tezləşdirmək üçün ata yurdlarına qayıdıb evlərini öz vəsaitləri hesabına tikmək istəyirlər.


Maraqlıdır, bu təkliflə çıxış edən şəxslərə belə şərait yaradıla bilər?


Kalbajar.com bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmaq arzusunu təbii qəbul etdiyini bildirib:


“Alqışlanmalıdır ki, hər kəs tez zamanda öz ata yurduna qayıtmaq istəyir. Amma müəyyən reallıqlar var ki, onu danmaq olmaz. Azərbaycanın 20 faizinə yaxın bir ərazisi işğaldan azad edilib. Orada yaşayış məntəqələrini, mədəniyyət abidələrini, qəbiristanlıqları yerlə yeksan ediblər. Bütün evlər yenidən qurulmalıdır. Hələ bu da 2-3-cü mərhələnin işidir. İlkin olaraq gərək ki, ərazilər tamamilə minalardan təmizlənsin. Əgər o ərazilər tam şəkildə təmizlənməsə, buraxılış olarkən nələrin baş verə biləcəyini hamımız təsəvvür edirik. Ona görə də mövcud vəziyyəti normal qarşılamaq lazımdır. Ərazilər tamamilə təmizlənməli, təhlükəsizlik təmin edilməlidir. Ondan sonrakı mərhələdə ermənilərin törətdiyi vandallığı dünya ictimaiyyətinə çatdırmaq və Ermənistandan lazımi səviyyədə təzminat tələb etmək üçün dünya media nümayəndələrinin ərazilərimizə səfəri təşkil edilməlidir. Eyni zamanda Azərbaycanda olan başqa dövlətlərin səfirliklərinin oraya səfəri baş tutmalıdır. Onlar da 30 ilə yaxın müddətdə erməniləri törətdiyi vəhşilikləri görməlidir ki, sabah biz Ermənistanı məhkəməyə verəndə haqlı olduğumuzu təsdiqləyə bilsinlər. Bu iki mərhələ başa çatdıqdan sonra təbii ki, orada planlı və mərhələli şəkildə abadlıq işləri aparılacaq. Bizim arzu-istəyimiz o torpaqların qısa zmaanda necə mükəmməl səviyyədə öz sahibləri tərəfindən bərpa olunduğunu göstərməkdir. Hazırda Şuşada aparılan işləri nümunə kimi göstərə bilərik. Prezident artıq Kəlbəcərdə də yeni avtomobil yolunun çəkilişi ilə bağlı tövsiyə və tapşırıqlarını verib. Bizdə olan məlumata görə, həmin yolun sənədləşmə işi başa çatıb və yaxın zamanda tikintisinə başlanacaq. Həmçinin hava limanının tikintisi ilə bağlı tapşırıqlar verilib. Prosesin başa çatması ilə bağlı hər kəs öz fikrini deyə bilər. Bəli, zaman lazımdır. Amma konkret olaraq demək olmaz ki, bu proses 5, ya 10 il çəkər. Ölkə rəhbərinin də çalışması ondan ibarətdir ki, qısa zaman kəsiyində orada tikinti-bərpa işləri başa çatsın və məcburi köçkünlər öz ata-baba yurdlarına qayıtsın. Xüsusilə də ilk növbədə ictimai binalarda yaşayanların köçürülməsi nəzərdə tutulub”.

Millət vəkili vurğulayıb ki, məcburi köçkünlərin ata-baba yurdlarını təmir etdirmək istəmələri normal haldır:

“Düşünürəm ki, əgər kimsə rəsmi şəkildə müraciət etsə ki, oradakı evini özü təmir etmək istəyir, Prezidentin təyin etdiyi xüsusi nümayəndə ona düzgün cavab verər və onlar işlərini rahatlıqla görə bilərlər. Mən bu arzunun pis tərəfini görmürəm. Normal qəbul etmək və həmin şəxslərə imkan yaratmaq lazımdır ki, dövlətimiz də müəyyən yükdən azad ola bilsin”.

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.