top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcərə köç OLACAQ

“...infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur”.Bu sözləri Prezident İlham Əliyev 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlət başçısının dediyi kimi, 2024-cü il işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Proqramı çərçivəsində əlamətdar hadisələrlə zəngin olacaq.Əslində Kəlbəcərə qayıdış arıçıların Vətənin bu füsunkar torpaqlarına ayaq basması ilə başlayıb.Yəqin ki, Prezident İlham Əliyevin 16 avqust 2021-ci il tarixində Kəlbəcərdə arıçılarla görüşüb söhbətləşməyi hamının xatirindədir. Məhz həmin vaxt kəlbəcərlilər üçün xüsusi əhəmiyyət kəsb edən arıçılığın keçmiş şöhrətinin geri qaytarılmasını hədəfləyən pilot layihənin icrasına başlanıldı. 44 günlük Vətən müharibəsindən sonra Kəlbəcərə ilk səfərini reallaşdıran Ali Baş Komandanın arıçılarla səmimi söhbəti hələ uzun müddət xatırlanacaq.Prezident İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcərə növbəti səfəri zamanı bir neçə kəndin təməlini qoymaqla Böyük Qayıdışa zəmin yaratdı.Adıçəkilən rayonun deputatı Aqil Məmmədov bu günlərdə yerli mətbuata açıqlamasında bildirib ki, hazırda Kəlbəcər şəhəri də daxil olmaqla Zallar, Zar və Yanşaq kəndlərində tikinti işləri davam etdirilir:“Məcburi köçkünlərin dövlət proqramında nəzərdə tutulmuş vaxtda doğma yurda qayıtması üçün digər sosial infrastruktur layihələri də icra olunur. Artıq İstisu mineral sudoldurma zavodunun da tikintisi yekunlaşmaq üzrədir”.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov da bir müddət öncə Kəlbəcərə qayıdışdan danışmış və demişdi ki, bu il 12534 nəfərin rayona köçürülməsi gözlənilir. Bunlardan 5268 nəfərin Kəlbəcər şəhərinin özündə tikilən evlərdə yerləşdirilməsi planlaşdırılır.


Kəlbəcər rayonunda 2026-cı ilədək 3450 evin (1927 fərdi yaşayış evinin və 1523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur:


"İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə - 1115 evin, 2025-ci ildə - 725 evin, 2026-cı ildə 610 evin inşası həyata keçiriləcək”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də Kəlbəcərə qayıdışla bağlı Modern.az-ın sorğusunu cavablandırıb:


“Bildiririk ki, işğaldan azad edilmiş ərazilərə köç prosesi Qayıdışa Dair I Dövlət Proqramının icrası çərçivəsində 2024-cü il üzrə davam etdiriləcək. Həmçinin, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin mərhələli köçü planlaşdırılır. Qeyd etmək istərdik ki, ilin yekununadək ağır şəraitdə yaşayan ailələrə üstünlük verilməsi şərti ilə növbəlilik prinsipi ilə köçə başlanılacaq”.





Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page