top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTOLAR


Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Kəlbəcər şəhidlərinin xatirəsi əbədiləşdirilib.



AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər rayonundan olan 1500 məcburi köçkün ailəsi üçün Gəncə şəhərində salınmış yeni qəsəbədə abidə kompleksinin açılışı olub. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, şəhid ailələrinin üzvləri, müharibə veteranları, respublikanın müxtəlif bölgələrində məskunlaşan Kəlbəcər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.



Əvvəlcə Azərbaycanın suverenliyi uğrunda, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onların ruhuna dualar oxunub. Abidə kompleksi önünə əklil qoyulub.



Bildirilib ki, Vətənin toxunulmazlığı və ərazi bütövlüyü uğrunda ən çox şəhid verən rayonlardan biri də Kəlbəcər olub. Mənfur düşmənin Dağlıq Qarabağa və ətrafdakı rayonlara hücumu zamanı 257 nəfəri mülki, 223 nəfəri isə hərbçi olmaqla, ümumilikdə 481 nəfər kəlbəcərli şəhid olub. Həmin şəhidlərdən 2–si - Sərdar Səfərov və Şahlar Şükürov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qeyd edək ki, Kəlbəcər Şəhidlərinin Abidə Kompleksi rayon icra hakimiyyətinin təşəbbüsü ilə yaradılıb. Kompleksin ümumi ərazisi 0,26 hektardır. Qırmızı mərmərdən hazırlanan kompleksin mərkəzi hissəsi oval tağ formasındadır. Kompleksin sağ və sol divarlarında Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Kəlbəcər şəhidlərinin adları və soyadları, həmçinin Azərbaycanın milli qəhrəmanları Sərdar Səfərov və Şahlar Şükürovun qara mərmər üzərində şəkilləri həkk olunub. Kompleksin qarşısında iki fəvvarə qurulub, yaşıllıq salınıb, ətraf ərazidə abadlıq işləri görülüb. 

#Şəhidlər #MilliQəhrəmanlar #ŞəhidlərXiyabanı #Kəlbəcər

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page