KƏLBƏCƏR ŞAİRLƏRİ - YAQUB CABBAROV



Ya­qub İm­ran oğ­lu Cab­ba­rov 1937-ci il­də Kəl­bə­cər ra­yo­nu­nun Məm­məd­səfi kən­din­də ana­dan olub. Uşaq yaş­la­rın­dan ata­sını itir­di­yin­dən, çox çə­tin­lik­lər­lə üz­lə­şib. Or­ta mək­təbi bi­tir­dik­dən son­ra bir müd­dət (ai­ləyə kö­mək et­mək üçün) ali təh­sil al­mağa ça­lış­ma­yıb. Nə­ha­yət, 1963-cü il­də Azər­bay­can Döv­lət Pe­da­qoji İns­ti­tu­tu­nun ta­rix-ə­də­biy­yat fa­kül­tə­sinə da­xil olub və 1967-ci il­də ins­ti­tutu fərq­lən­mə dip­lomu ilə bi­ti­rə­rək, Kəl­bə­cə­rin Zar kənd or­ta mək­tə­binə tə­yi­nat alıb. Bir il bu­rada iş­lə­dik­dən son­ra İs­tisu qə­səbə or­ta mək­tə­binə di­rek­tor gön­də­ri­lib. 1985-ci ilə kimi bu və­zi­fədə ça­lı­şan Ya­qub müəl­lim hə­min vaxt­dan doğ­ma kən­di olan Məm­məd­səfi or­ta mək­tə­binə di­rek­tor tə­yin edi­lib.

1991-ci il­də dün­ya­sını də­yi­şən Ya­qub Cab­ba­rov da qar­daşı Əy­yub ki­mi, şi­rin, li­rik, şer­lər müəl­lifi idi. Çox er­kən baş­la­mış­dı yaz­ma­ğa. Şer­ləri hələ sağ­lı­ğın­da ikən res­pub­li­ka­nın ək­sər böl­gə­lə­rin­də ya­yıl­mış, kon­sert sa­lon­la­rın­da, toy şən­lik­lə­rin­də mü­ğən­ni­lər, aşıq­lar ifa et­miş­lər.

Çox təəs­süf ki, şai­rin sağ­lı­ğın­da ki­tabı çap olun­ma­dı. Ölü­mün­dən son­ra qar­daşı Əy­yub­la bir­gə bir ki­tabı işıq üzü gö­rüb.

Mə­zarı Kəl­bə­cə­rin Məm­məd­səfi kəndindədir. ŞEİLƏRİ

DƏLİDAĞ AĞILLI,


DƏLİDAĞ DƏLİ

Gahdan quzu olar, gahdan kükrəyər,

Dəlidağ ağıllı, Dəlidağ dəli.

Selindən özünə min yara dəyər,

Dəlidağ ağıllı, Dəlidağ dəli.

Külək köhlənini çapar o başdan,

Gün doğar, günorta od qopar daşdan,

Axşam köçərilər qorxar yağışdan,

Dəlidağ ağıllı, Dəlidağ dəli.

Bir daşın dibində əlik görünər,

Bir daşın dibindən ovçu sürünər,

Yayın ortasında qara bürünər,

Dəlidağ ağıllı, Dəlidağ dəli.

Qayası əks edər qartalın səsin,

Şaxtası dondurar çayın nəfəsin,

Müdhiş ildırıma açar sinəsin,

Dəlidağ ağıllı, Dəlidağ dəli.

Birdən güllərini verər borana,

Birdən arxa durar köçün yorana.

Birdən dağ evlərin qovar arana,

Dəlidağ ağıllı, Dəlidağ dəli.

Təbiət yaradıb daşından dibçək,

Başında qar saxlar, köksündə çiçək,

Bir mahnı bəstələ, ay qarabirçək,

Dəlidağ ağıllı, Dəlidağ dəli.


BU DƏRDİ

20 Yanvar şəhidlərinin xatirəsinə

Cinayətkar qul olacaq cəzaya,

Nə yer, nə göy götürəcək bu dərdi.

Küçələrdə qan quyusu qazdıran,

Elə bilir itirəcək bu dərdi.

Nəsimitək soyulsa da şəhidlər,

Göz yaşıynan yuyulsa da şəhidlər,

Məxmər altda qoyulsa da şəhidlər,

Yağış yağıb bitirəcək bu dərdi.

Qoca dünya haqsız qanı görk elər,

Sahillərə xəbər yayar körpülər,

Anasından doğulanda körpələr

Özü ilə gətirəcək bu dərdi...

Yaqub ölər, torpağında qan qalar,

“Qardaş” deyib, qəsd elədi qanlılar...

Dünya boyu öz dilində canlılar

Bir-birinə yetirəcək bu dərdi!


ÖMRÜMÜ KEÇİRDİM BARMAQLARIMDA

Təzə qonağını gözlər köç yarı,

Dünya həmişəlik, insan köçəri.

Əlimdə kabinet, maşın açarı,

Ömrümü keçirdim barmaqlarımda.

Açıq xanələrə daşları düzdüm,

Yek atdım, oyundan əlimi üzdüm.

Zəri əzizlədim, vaxtı uduzdum,

Ömrümü keçirdim barmaqlarımda.

İlləri özümə ömür saymadım,

Bu sərvəti, yolun sonun duymadım.

Təsbehi əlimdən yerə qoymadım,

Ömrümü keçirdim barmaqlarımda.

Tüstüsü dükandan otağımacan,

Zəhəri kökümdən budağımacan,

Papiros cibimdən dodağımacan,

Ömrümü keçirdim barmaqlarımda.

KƏLBƏCƏR ŞAİRLƏRİ BURDAN BAX

#Kəlbəcərhəsrəti #Yazar #Kəlbəcər #Şair #Azərbaycan #Şeir

83 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev