Kəlbəcər ədəbi mühitinə səyahət - Əlövsət MİSİROĞLU

Updated: Jan 22, 2019



Əmrahov Əlövsət Misir oğlu 27 may 1950-ci il tarixdə Kəlbəcər rayonunun Çovdar kəndində anadan olmuşdur.1957-1961-ci illərdə Çovdar kənd ibtidai məktəbində 1961-1968-ci illər ərzində Başlıbel kənd orta məktəbini bitirmişdir.1975-ci ildən Nəqliyyat Nazirliyinin Kəlbəcər rayon Avtobazasında işə başlamışdır. Əlövsət Misiroğlu 22 yanvar 2015-ci ildə rəhmətə getmişdir. Qarşımda həvəskar şair,sadə və təvazökar insan Əlövsət Misiroğlunun şeirlər toplusu var.Demək olar ki,buradakı bütün şeirlər bir-bir nəzərdən keçirmiş və haqqında yazılacaq fikirlərim qələmdən asılı qalmışdır. Məndə üstünlüyü təbiətin hökmünə verib boylanan sətirlərdən özümə dəstək tapmağa çalışıram: Bu gecə dağlara qonaq getmişdim, Əyildim torpaqdan,daşından öpdüm. Şehli bənövşənin,lalə,nərgizin, Çökdüm qarşısında,qaşından öpdüm. Dağılan evləri gəzdim dolandım, Xaraba görüncə odunda yandım. “Əlövsət” çağıran səsdən oyandım, Süzülən gözümün yaşından öpdüm. 1993-cü ilin aprelində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra həm el məclislərində,həm də mətbuatda Əlövsət Misiroğlu imzası ilə şeirləri görünməyə başlamışdır.


Hazırda Kəlbəcər şairləri arasında öz dəsti-xətti ilə seçilən yazarlardandır.Son illərdə Əlövsət müəllimin “Kəlbəcər həsrəti” və “Qəm çələngi” adlı iki kitabı çap olunub poeziyasevərlərinə çatdırılmışdır.Hazırda bəhs eləyəcəyim “Vətən bu dünyamdı,son məkanımdı” şeirlər toplusu Əlövsət Misiroğlunun oxucularla üçüncü görüşüdür.

Vurğun keçən Dəlidağım, İçdiyi Ceyran bulağım, Şəmşirlə gəzən oylağım Suyum,havam Kəlbəcərdir. Məmməd Aslan sözdə aslan, Türk dünyası gəzdi asan. O tay,bu tay Azərbaycan, Bütöv obam Kəlbəcərdir. Bəhmən-elin sevimlisi, Sücaət-dərdin nəğməsi. Sönməz haqqın haqq nəğməsi. Qurban babam Kəlbəcərdir. Şamil etdi yeniliklər, Öyrənəcək gənc nəsillər. Adil,Əli söz incilər , Ənvər,Salman Kəlbəcərdir. Dərdə yazanın sayı mindi, İnanmasan özün dindi. Əlövsətin viran kəndi, Qaytarqayam Kəlbəcərdir.

#Kəlbəcər #Kəlbəcərşairləri #Kəlbəcərhəsrəti #ƏlövsətMisiroğlu

179 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev