"Kəlbəcər cammatını pambıq rayonlarına köçürmək ölümə bərabər bir işdir"- Səfər Verdiyev



Mən Səfər Verdiyevlə şəxsi münasibətlərimiz üzərində dayanmayıb onun yardımı ilə qazanılan nailiyyətlərdən xatirə söyləmək istəyirəm.


Böyük bir fəlakət doğuracaq bir məsələnin aradan qaldırılmasında rayon partiya komitəsinin birinci katibi işləyərkən Səfər Verdiyevin gördüyü tədbir çox əhəmiyyətli oldu.Mərkəzdə belə bir rəyə gəlmişdilər ki,Kəlbəcər rayonun əhalisi pambıq rayonlarına köçürülsün,dağlarımızdan yalnız yaylaq kimi istifadə olunsun.Buna görədə Səfər Verdiyevi Mərkəzi komitəyə çağırıb ona tapşırmışdılar ki,elə təbliğat işləri görsün ki,cammat buna razı olsun.O,vaxt görkəmli sənətkarlar Səməd Vurğun,Süleyman Rəhimov və Əli Vəliyev Kəlbəcər rayonu əhalisinin köçürülməsinə qəti etirazını bildirmişdilər. Səfər Verdiyev Bakıdan rayona qayıdanda gecə raykomun büro üzvlərini çağırıb köçürmə məsələlərinə bizi hali etdi.O dedi ki,bu işin təşkili üçün rayona xüsusi komissiya gələcək.Tapşırığa əsasən biz onlar gələnə kimi cammatı bu işə razı salmalıyıq.Lakin Kəlbəcər cammatını pambıq rayonlarına köçürmək ölümə bərabər bir işdir.Biz kəndlərə gedib cammatı başa salmalıyıq ki,yağlı vədlərə aldanmasınlar.Komissiya üzvlərinin yanında boz məcbur olub cammatın köçməsini görsək də,qoy onlar qəti etirzasını bildirsinlər.


Səhər tezdən kəndlərə getdik.Nə lazımdır cammata dedik.Bir həftədən sonra rayona komissiya gəldi.Nazirlər Soveti sərdinin bir müavini ilə Səfər Verdiyev və mən Zar kəndinə getdik.(Mən qabaqcadan bu kəndə gedib işimi görmüşdüm).İclas çağrıldı.Nazirlər Soveti sədrinin müavini əvvəlcə kolxozlarımızın iqtisadiyyatının zəif olmasından,olan imkanlardan yaxşı istifadə etməməyimizdən danışdı.Sonra o, dedi ki, axu bu dağlarda nə var.Aranda bağ belə,bostan belə.Hökumət sizi pulsuz köçürəcək,sizə ev tikəcək,pambıq becərib,bağ-bağça sahibi olub varlanacaqsız. Söhbətin bu yerində bir qoca kişi icazəsiz-filansız ayağa qalxıb dedi : - A yoldaş,deyəndə ki,olan imkanlardan yaxşı istifadə etmirsiz ora qədər kəlam danışdın.Amma deyəndə ki,arana köçün burada lap sarsaqlandın.Sən bizi cənnətdən cəhənnəmə köçürməyə gəlmisən !


Sədr müavini pərt olub iclasdan çölə çıxdı.Verdiyev Səfərlə mən də onun ardınca getdik.Çöldə o,bizi danladı və hədələdi ki,cammatı siz öyrəmisiniz.Çöldə bir qoca kişi altına başaltı qoyub daşın üstə oturmuşdu.Sədr müavini dedi ki,bu kişi yəqin kəndin ağsaqqalıdır.Siz dinməyin mən onu başa salım ki,arana köçmək vacibdir.Biz susduq,sədr müavini kişinin yanına gedib azı yarım saat pambıq rayonlarına köçməyin cammatın xeyrinə olduğundan danışdı.Qoca isə dağlara baxmağında davam edirdi.Müavin ondan nə soruşurdu qoca dinmədi.Müavin pərt vəziyyətdə daha ucadan dilləndi: -A kişi,dediklərim beyninə batdımı ? Qoca ona sarı dönüb soruşdu : -Başına dönüm mənnənsən? Nə deyirsən ? Sən demə qoca özünü eşitməzliyə vurub nazir müavininin yarım saatlıq dərsindən xəbəri olmamışdı. Rayonun o biri kəndlərində də,heç kim pambıq rayonlarına köçməyə razı olmamışdır.Beləliklə,Səməd Vurğunun,Süleyman Rəhimovun,Əli Vəliyevin təkidləri və Səfər Verdiyevin belə tədbirləri nəticəsində dağlar cammatdan yetim qalmadı.Bu yerdə adam yanır-tökülür ki,son dövrdə biz dağlaı əlimizdə saxlaya bilmədik,bunun üçün ədbir tökən tapılmadı,nankor düşmən er-obamızı qaçqına döndərdilər.

"Qardaşımdan Qalan Dünya" adlı kitabdan (Rəhman Verdiyev)

#Kəlbəcərhəsrəti

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev