top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcər elinə böyüt itki, daha bir ziyalımız haqqın dərgahına qovuşdu



Hacıyev Qalib Məmməd oğlu, 04 sentyabr 1957-ci ildə Kəlbəcər rayonunda həkim ailəsində anadan olmuşdur. 1974-cü ildə Kəlbəcər şəhər 2 saylı orta məktəbi qızıl medalla bitirmişdir.1975-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş,1980-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir.Elə həmin ildən təyinatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzin göndərilmiş, 1980-ci ildən 2000-ci ilədək həmin Mərkəzdə müxtəlif vəzifələrdə çalışmaqla Şöbə rəisi vəzifəsinədək yüksəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2000-ci ildən 2007-ci ilədək Əli-Bayramlı Rayon Məhkəməsinə hakim, 2007-2017-ci illərdə Qobustan Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin edilmiş və 10 il müddətinə Qobustan Rayon Məhkəməsinin sədri vəzifəsində işləmişdir. Hüquq elmləri namizədidir. 2017-ci ildən təqaüdə çıxmışdır.



Qalib Məmməd oğlu Hacıyev çətin və şərəfli peşə fəaliyyətində daim vicdanının səsi ilə hərəkət etmiş, qanunun aliliyinə əsaslanıb, həmişə haqqın tərəfində olmuşdur. Çıxardığı məhkəmə hökmlərində, qərarlarında, qətnamələrində həmişə ədalət prinsipini rəhbər tutmuşdur. Həmkarları, tanışları arasında səmimi və nüfuzlu şəxs imicinə malik peşəkar hüquqşünas kimi tanınırdı. İşlədiyi rayon ictimaiyyəti arasında xüsusi hörmətə, yüksək insani keyfiyyətə malik idi. Vətənə, torpağa çox bağlı insan idi, arzusu doğulub boya başa çatdığı Kəlbəcərimizi, ümumilikdə Qarabağımızı azad görmək idi.

14 aprel 2020-ci il tarixdə qəflətən ürək çatışmamazlığı xəstəliyi diaqnozu ilə Qalib Hacıyev çox erkən yaşlarında haqq dünyasına qovuşdu. Qalib müəllimin vaxtsız vəfatı ailə üzvləri ilə bərabər həmkarlarını, xüsusilə dostlarını və rəhbərlik etdiyi kollektivi çox sarsıtdı. İki övladı, 1 nəvəsi var.

Allah rəhmət eləsin!!!



Kalbajar.com olaraq mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir , Allahdan rəhmət diləyirik. Məlumatları göndərdi mərhumun yaxın dostu Mahir Həsənov.

Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page