Kəlbəcər folklorundan bəhs edən tədqiqat işinin müzakirəsi keçirilmişdir


Kəlbəcər folklorundan bəhs edən tədqiqat işinin müzakirəsi keçirilmişdir.


28 dekabr 2017-ci il tarixində “Aşıq Şəmşir” Mədəniyyət ocağında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyatı şöbəsinin əməkdaşı, böyük elmi işçi, fil.ü.f.d. Aytac Abbasovanın Kəlbəcər folklorundan bəhs edən tədqiqat işinin müzakirəsi keçirilmişdir. Tədbirdə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının sədr müavini Həbib Misirov, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, şair Adil Cəmil və “Folklor və yazılı ədəbiyyat” şöbəsinin elmi işçiləri iştirak edirdi. “Aşıq Şəmşir” Mədəniyyət ocağının sədr müavini Həbib Misirov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı. O, Aytac Abbasovaya Kəlbəcər folkloru ilə bağlı apardığı araşdırmaya və yazdığı elmi işə görə təşəkkürünü bildirdi. Bu elmi işin Azərbaycan folklorunun toplanması, tərtibi və gələcək nəsillərə ötürülməsi baxımından çox əhəmiyyətli olduğunu vurğuladı.


Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil çıxışında bildirdi ki, Aytac Abbasovanın Kəlbəcər folkoru ilə bağlı dissertasiya işinin necə ərsəyə gələdiyini yaxından izləmiş və onun zəhmətini yüksək qiymətləndirir. 


“Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, şair İslam Sadıq da çıxışında Kəlbəcərin zəngin folklor mühitinə malik olduğunu, A.Abbasovanın bu zəngin nümunələri həm toplayıb, həm də tədqiqata cəlb etməsi işinin müvəffəqiyyətlə öhtəsindən gəldiyini söylədi. Tədqiqatın elmi yeniliyini xüsusi qeyd etdi. Daha sonra “Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru X.Ağayeva və böyük elmi işçi G.Osmanova, elmi işçi S.Qasımova, elmi işçi Ş.Məmmədova A.Abbasovanı təbrik etdilər və onun elmi fəaliyyətində uğurlar arzu etdilər. 



Tədbirdə Aytac Abbasovanın atası Hicran Abbasov da iştirak edirdi və o da çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirdi. Övladını təbrik edərək onun uğurlarına sevindiyini, onunla fəxr etdiyini söylədi.


Tədbirin sonunda Aytac Abbasova Kəlbəcər folklorunun araşdırılmasında xüsusi əməyinə görə “Aşıq Şəmşir” Mədəniyyət Ocağının Fəxri diplomu ilə təltif edildi. Sonra söz Aytac Abbasovaya verildi və o, tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz minnətdarlığını bildirdi. A. Abbasova elmi rəhbəri Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyevə onu elmə həvəsləndirdiyinə və hər zaman ona dəstək olduğuna görə xüsusi təşəkkür etdi. Tədbirin sonunda xatirə şəkilləri çəkdirildi və tədbir bədii hissə ilə davam etdirildi. 


3 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev