Kəlbəcər İH-nin başçısı Azər Qocayev şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailəsi ilə görüşüb-FOTO

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailəsi ilə görüşdü.



26 iyun Silahlı qüvvələr günü münasibətilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev sosial izolyasiya qaydalarına riayət etməklə, 25 fevral 2020-ci il tarixdə cəbhənin Qazax rayonu istiqamətində düşmənin diversiya hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, ölümündən sonra Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilən şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailəsi ilə görüşdü. Görüş əsnasında rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışdı, Ümummilli liderimiz Heydər Əliyevin siyasətində şəhid ailələrinə dövlət qayğısının xüsusi yer tutduğunu bildirərək qeyd etdi ki, hazırda ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.


Görüşdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə istər sülh, istərsə də ordumuzun gücü ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı əminliklə vurğulandı.

Şəhidin atası Ələmşah Vəliyev onlara göstərilən diqqət və qayğıya görə ailə üzvləri adından ölkə başçısına öz minnətdarlığını bildirərək, işğal altında olan torpaqlarımızın azadlığı yolunda özünün və doğmalarının şəhid olmağa hazır olduqlarını bildirdi.


kelbecer-ih.gov.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev