Kəlbəcər İH Silahlı Qüvvələrə Yardım Fonduna 30 min AZN köçürdü

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli ordumuz bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir.
Ölkəmizdə mövcud olan milli həmrəylik və ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti bir daha göstərir ki, Azərbaycan əsgəri öz tarixi torpaqlarını işğaldan azad etməyə qadirdir və bunu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin Ali Baş Komandan kimi apardığı uğurlu döyüş əməliyyatları və əldə olunan uğurlar biz kəlbəcərlilərdə böyük ruh yüksəkliyi yaratmış, öz doğma yurd-yuvamıza dönmək ümidimizi artırmışdır.
Xalqımızın birlik və bərabərlik nümayiş etdirdiyi bu günlərdə Kəlbəcər Rayon İcra Hakimiyyəti də ordumuza dəstək məqəsdilə 30 min manat vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişdir.Biz Ali Baş Komandan Cənab İlham Əliyevin qətiyyətinə, Silahlı qüvvələrimizin rəşadətinə və xalqımızın birliyinə inanırıq.
Məlumat üçün bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsis olunub. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.