Kəlbəcər idmançıları yarışlarda 16 qızıl, 18 gümüş və 27 bürünc olmaqla 61 medal qazanmışlar



05 mart 2019-cu il tarixində "5 mart Bədən tərbiyəsi və idman günü" münasibətilə Kəlbəcər rayon İdman ictimaiyyətinin iştirakı ilə qaçış marafonu, bayram tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Musa Məmmədov görüş iştirakçılarını əlamətdar gün münasibəti ilə təbrik etdi və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 mart 2005-ci il tarixdə imzaladığı Sərəncamla Azərbaycanda "5 mart Bədən tərbiyəsi və idman günü" kimi elan edilmişdir. Həmin məqsədyönlü siyasət bu gün də layiqincə davam etdirilir.



Ölkə iqtisadiyyatının sürətli inkişafı bütün sosial sferaları, o cümlədən idman və bədən tərbiyəsi sahəsini əhatə edir, bu sahədə qazanılan nailiyyətlər ildən-ilə daha da artır. İdmançılarımızın da ildən-ilə artan nailiyyətləri dövlətin bu sahəyə olan dəstəyinin nəticəsidir. Bu diqqət və qayğının nəticəsidir ki, 2018-ci ildə Kəlbəcər idmançıları zona, respublika və beynəlxalq yarışlarda 16 qızıl, 18 gümüş və 27 bürünc olmaqla 61 medal qazanmışlar.


Kəlbəcər rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əli Alışanov, Rayon Təhsil şöbəsinin inspektoru Aynur xanım Əliyeva, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Hikmət Şahmuradov çıxış edərək gənc idmançıları "5 mart Bədən tərbiyəsi və idman günü" münasibəti ilə təbrik edərək, onlara idman yarışlarında yüksək nailiyyətlər arzuladılar. Tədbirin sonunda "5 mart Bədən tərbiyəsi və idman günü" münasibətilə qaliblər Gənclər və İdman idarəsinin diplomları ilə təltif olundular.

106 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev