Kəlbəcər MRX-nın həkimləri hər zaman iş başında - FOTO


Dövlətimizin başçısının tapşırığına əsasən, bütün bölgələrdə olduğu kimi, Kəlbəcər rayon əhalisnin pulsuz tibbi profilaktik müayinəsinə başlanılıb. Aksiya çərçivəsində Gəncədə salınmış 1500 ailəlik yeni şəhərcikdə müxtəlif yaş qruplarından olan yüzlərlə kəlbəcərli tibbi yoxlamadan keçirilir. XİA.az xəbər verir ki, humanitar aksiya Kəlbəcər rayon mərkəzi xəstəxanasının yeni qəsəbəsində tikilmiş şöbəsində təşkil olunub. Vətəndaşlar, ilk növbədə, qeydiyyata alınır, sonra müayinədən keçirilirlər. Xəstəxanada fəaliyyət göstərən kardioqrama, ultrasəs, stomotoloq və digər ixtisaslı həkimlər tərəfindən vətəndaşlar müayinə olunur, xəstəlik aşkar olunan sakinlər müalicəyə cəlb edilirlər. Aksiyanın keçirilməsi vətəndaşlar tərəfindən razılıqla qarşılanır.

MRX-nın baş həkim Mehparə Kazımova XİA.az-a bildirib ki, xəstəxana tam hazırlıq vəziyyətinə gətirilib. Təcrübəli həkim və orta tibb personalı aksiyaya cəlb olunub. Müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Bu gün yüzdən çox qəsəbə sakini tibbi müayinədən keçirilib. Kollektivimiz aksiyanı yüksək səviyyədə başa çatdırmaq üçün gücləndirilmiş iş rejimində çalışır. Gün ərzində bizə müraciyət edən bütün vətəndaşlar müayinə olunur. Qeyd edək ki, Kəlbəcər MRX-nın Həkim briqadası Goranboy rayon Veyisli kənd ərazisində yerləşən köçkünlər üçün salınmış qəsəbədə vətəndaşları müayinə ediblər. xia.az


BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev