“KƏLBƏCƏR POEZİYASINA SƏYYAHƏT” silsiləsindən..



QARA ƏLƏSGƏROV POEZİYASI HAQQINDA...

“QARA DOSTLUQDA ETİBAR NAMUS, QEYRƏT, AR AXTARAR. KİŞİNİN KİŞİ DOSTU VAR, GƏDƏNİN DƏ GƏDƏ DOSTU” Kəlbəcər. Şair Qara Ələsgərov.

Hörmətli oxucular! Klassik ustad şairlərimizin şeirlərini təhlil etməyə heç birimizin haqqı yoxdur. Tərcümeyi halından qısa arayış: Qara Ələsgərov.. Şair Qara müəllim...1923 cü ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur. Əvvəlcə öz kəndlərində müəllim işləmişdir. Sonralar Kəlbəcər Rayon Partiya Komitəsində təlişatçı və şöbə müdiri, Rayon İcraiyyə Komitəsinin katibi işləmişdir. Qara müəllim haqq-ədaləti sevən, prinsipal bir ziyalı olmaqla yanaşı, gözəl şeirlər və ustadnamələr yaratmışdır ki, elə o zamandan da şeirləri məclislərin bəzəyinə çevrilmişdir. 1997 ci ildə övladları ruhuna hörmətlə “Bir Ömür Yaşadım” şeirlər kitabını nəşr elətdirdilər. Dostlar, sizin oxucu mədəniyyətinizi nəzərə alaraq şairin bir neçə şeirini sizlərə ərməğan edirəm. Ruhu şad olsun:

Qara müəllimdən bir qoşma:

Ağıllı, təmkinli el ağsaqqalı, Nurani qocalar ustaddı mənə. Eldən ilham almaq, mərdanə olmaq, Tükənməz şöhrətdi, həm addı mənə.

Ana laylasıdı Tərtərin səsi, Tutqunun, Lev çayın şən zümzüməsi, Kəlbəcər, Qoturlu, Ayrım dərəsi Qohumdu, qardaşdı, övladdı mənə.

Düz oldu ilqarım, peymanım, əhdim, Ox oldum, namərdin gözünü tökdüm. Qarayam, həmişə el dərdi çəkdim, Demədim bu qohum, bu yaddı mənə.

Qara müəllimdən gözəl bir gəraylı:

Yarım məndən gileylidi; Hər nə desəm, söz eyləyir. Bəzən könül almaq üçün, Qaş oynadır, göz eyləyir.

Kipriklər ox, kamandadı, Qəmzəsi qanhaqandadı. O gözəllik ki, ondadı Hələ mənə az eyləyir.

Qara, səni yar aldadır, Aldatsa da yar- bal dadır.. Bilmirəm məni oynadır, Yoxsa mənə naz eyləyir?!

Qara müəllimdən ustadnamə divani:

Barilahim,əsirgəmə yaxşı karı mərdə ver, Sağ gözünlə nəzər yetir, bax, şikarı mərdə ver. Namərdlərə aman versən yıxar xəlqin evini, El qədrini mərdlər bilər, ixtiyarı mərdə ver.

Namərdin ürəyi fitnə, böhtan -şər içindədir. Özü zəhmətsiz yığılan simu zər içindədir. Mərdin qəlbi gül kimidir, alnı tər içindədir, Tanrım, ədalət naminə, bütün varı mərdə ver.

Sədaqətdə, səxavətdə mərdin adı-sanı var, Bəşəriyyət aləmində şöhrəti var, şanı var. Malı-mülkü olmasa da, kişilik nişanı v a r, Əlsizlərə əl tutmağa imkanları mərdə ver.

Mərd həqiqət aşiqidir, soruş, desin düzünü, Yalan deməz, ara vurmaz, tərifləməz özünü, Sən kor eyllə namərdlərin mərdə baxan gözünü, Küllü ixtiyar sahibi, xoş güzarı mərdə ver.

Ey Yaradan, sən hakimsən bütün bu kainata, Qanunların müqəddəsdi yox eytiyac isbata. Qarayam, arzum belədur, bəlkə edurəm xəta? Zimistanı namərdlərə, növbaharı mərdə ver. Allah rəhmət eləsin. Ruhu şad olsun. Kəlbəcər poeziyasına hörmətlə: şair-publisist Yusif Hüseyn. “Qızıl Qələm” mükafatı laureatı.

#Şair #Şeir #Yazar

11 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev