Kəlbəcər rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri ke


Dekabrın 12-də Kəlbəcər rayon İcra Hakimiyyətində rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon icra Hakimiyyətinin inzibati binasında ucaldılmış büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsinə ehtiramlarını bildiriblər.


Tədbir Ümummilli liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov Ulu Öndər Heydər Əliyevin şərəfli həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat verərək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinin, iqtisadi yüksəlişinin təmin edilməsinin, beynəlxalq nüfuzunun artmasının böyük siyasi və ictimai xadim Heydər Əliyevin uzaqgörənliyi, qətiyyəti, cəsarəti və geniş dünyagörüşü nəticəsində mümkün olduğunu bildirib. Digər çıxış edənlər müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq onun siyasi irsinin cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. 


2 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev