top of page

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

Kəlbəcər rayon Mədəniyyət sarayında” Zəfər müjdəli Dədə Şəmşir saz-söz bayramı” adlı tədbir



Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, hüquq- mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri,ustad aşıqlar və rayon sakinləri iştirak ediblər.



Tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.Daha sonra qeyd olunub ki, XX əsr Azərbayca aşıq sənətinin görkəmli saz-söz ustadı Dədə Şəmşirin ozan aşıq mədəniyyətinin inkişafındakı əvəzsiz rolu çağdaş aşıqlığın irəlləməsində yenə də müstəsna tarixi rola malikdir. Yeni nəsil gənc və yeniyetmə ifaçılarının formalaşmasında onun qoyub getdiyi sənət mirası güclü enerji mənbəyidir. Bu səbəbdən yeniyetmə aşıqların sənət uğurlarını və axtarışlarını ortaya çıxarmaq məqsədi ilə indiyə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı dəfələrlə aşıq müsabiqəsi keçirmiş, istedadlı saz-söz ifaçılarının sənət aləminə gəlməsinə mənəvi dəstək göstərmişlər.Bu il keçirilən Aşıq Şəmşir adına saz-söz müsabiqəsi həmin uğurun davamıdır.Gəncə şəhərində 17 mart 2022-ci ildə keçirilən bu müsabiqə artıq Dədə Şəmşir Yurdunun- Kəlbəcər torpağının azadlığa qovuşması amalında Zəfər ovqatı ilə keçirilir.

Daha sonra Azərbaycanın müxtəlif bölgələrindən müsabiqəyə qatılan yeniyetmə saz-söz ifaçıları, vətənpərvərlik, qəhramanlıq, milli dövlətçilik, azərbaycançılıq ruhunu təmsil edən mahnılarla böyük saz-söz ustadlarının, o cümlədən də Dədə Şəmşirin müqəddəs ruhu qarşısında öz sənət hesabatlarını verdilər.Müsabiqənin qaliblərinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctami Birliyi tərəfindən diplom və mükafatlar təqdim olunub.



Tədbirdə iştirak edənlər saz-söz bayramına, eləcədə aşıqlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.


Kalbajar.com YouTube kanalın istifadəyə vermişdir. Kanala abunə olaraq izləmə sayını artırın və maraqlı videolardan yararlanın!

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

REKLAMINIZ
BURADA !

EMAİL : kalbajarcom@gmail.com
ƏLAQƏ
(+994) 55 585 55 58

bottom of page