KƏLBƏCƏR RAYON MƏRKƏZİ XƏSTƏXANASINA YENİ BAŞ HƏKİM TƏYİN OLUNDU
Həkim adı çəkiləndə ilk növbədə gözlərimiz önündə xəstələrə şəfa verən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar bir peşə sahibinin varlığı canlanır. Həkimlər insan üçün ən dəyərli sayılan sağlamlığının keşiyində duran şəxslərdir. Bu insanlar daim cəmiyyətdə hörmətlə qarşılanıblar.

Kəlbəcər rayon xəstəxansının Baş həkimi Səadət Əliyeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən həkimlərimizdəndir.
Şərəfli həkim peşəsinə yiyələnən Səadət Əliyeva bu sənətinin müqəddəsliyini qoruyub saxlayır. Səadət xanım müalicə etdiyi hər kəsin rəğbətini qazanan həkimlərdəndir. İnsanlara şəfa bəxş edən bu insan savadlı və bacarıqlı həkim olmaqla yanaşı, həm də çox qayğıkeş bir insandır. Ömrünü insanlara şəfa verməklə keçiriən Əliyeva Səadət Mədət qızı 23. 02. 1965- ci il tarixində Kəlbəcər şəhərində anadan olmuşdur. 1984-cü həkim olmaq arzusunu gerçəkləşdirmək məqsədilə Bakıya gələrək Azərbaycan Dövlət Tibb Universitetinin Pediatr fakultəsinə daxil olub. 1991-ci ildə həmin universitetin bitirərək Hippokrat andı içib Pediatr həkim kimi fəaliyyətə başlamışdır. 1994-cü ildə ixtisas dəyişmə kursuna gedərək cərrah və travmatoloq ixtisasına yiyələnmişdir. 1995-ci ildə 7 saylı poliklinikada cərrah kimi fəaliyyətə başlamışdır. Daha sonra 8 saylı uşaq poliklinikasında cərrah və tramatoloq vəzifəsində çalışıb.
27. 06. 2018 -ci il tarixində Kəlbəcər rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub.