Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında yeni inşa edilmiş bina istifadəyə verildi



04 oktyabr 2017-ci il tarixdə Kəlbəcər rayon Mərkəzi Xəstəxanasında yeni inşa edilmiş 13 otaqdan ibarət binanın istifadəyə verilməsi münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə geniş tədbir keçirildi.





Tədbirdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov yeni inşa edilmiş binanın açılışını bildirən rəmzi lenti kəsərək bütün sahələrdə olduğu kimi səhiyyə sahəsinə, həmçinin, məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə rayon ictimaiyyəti adından öz dərin minnətdarlığını bildirdi. Kəlbəcər rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehparə xanım Kazımova yeni binanın inşasında göstərdiyi dəstəyə görə hörmətli Millət vəkili Cavid Qurbanova və bu işdə əməyi olan hər kəsə minnatdarlığını bildirərək rayon əhalisinə daha yüksək səviyyədə tibbi xidmətin göstəriləcəyinə söz verdi. “Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi”nin sədr müavini Həbib Misirov öz adından, birliyin sədri hörmətli ağsaqqalımız Qənbər Qurbanovun adından xəstəxananın kollektivini təbrik edərək, Birliyin bundan sonra da rayon əhalisinin sosial problemlərinin həllində yaxından iştirak edəcəyini bildirdi. Tədbirdə digər çıxış edənlər qeyd etdilər ki, ölkə başçısının rəhbərliyi ilə səhiyyə sistemində aparılan uğurlu islahatlar sağlam cəmiyyətin formalaşmasına, ölkə vətəndaşlarına daha yaxşı səhiyyə xidmətlərinin göstərilməsinə şarait yaradır. Sonda isə rayon ictimaiyyətinin iştirakı ilə könüllü qanvermə aksiyası keçirildi. 


1 view

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev