Kəlbəcər rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı



Kəlbəcər rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi. Konfransda Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov, Təhsil Nazirliyinin nümayəndəsi Hümeyr Əhmədov, təhsil işçiləri, müəllimlər iştirak etdilər.




Rayon Mədəniyyət sarayında keçirilən konfransda rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova 2016-2017-ci tədris ilində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etdi. Konfransda həmçinin rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov , Təhsil Nazirliyinin nümayəndəsi Hümeyr Əhmədov və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov da çıxış etdilər. Məruzə və çıxışlarda respublikamızda, o cümlədən rayon təhsilinin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident cənab İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı bəhs olundu.












Sonda 2017-ci ildə keçirilmiş ali məktəblərə qəbul imtahanları zamanı 600-dən yuxarı bal toplamış 30 məzuna "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən tərəfindən pul mükafatları təqdim olunmuşdur.

#Kəlbəcər #Kəlbəcərrayontəhsilşöbəsi #Gəncliyimizgələcəyimizdir

12 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev