Kəlbəcər rayonundan olan məcburi köçkünlərə bayram sovqatı paylanıldı - FOTOLAR

Qurban bayramı münasibətilə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun tapşırığına əsasən Kəlbəcər rayonundan olan məcburi köçkünlərin Bakı şəhərində məskunlaşan bir qrupu ilə görüş keçirilib. Görüşdə ziyalılar, ağsaqqallar, aztəminatlı ailələr və şəhid ailələri iştirak edib.

Tədbirdə çıxış edən Həbib Misirov öncə tədbir iştirakçılarını millət vəkili Cavid Qurbanovun müqəddəs Qurban bayramı münasibətilə təbrikini catdırıb və bildirib ki, məcburi köçkünlərə olan dövlət qayğısı bu gün də ən yüksək səviyyədə həyata keçirilməkdədir.Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nərticəsində öz doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması daim dövlətimizin diqqətindədir. Qaçqın və məcburi köçkünlərin sosial ehtiyaclarının ödənilməsi məqsədilə ümummilli lider Heydər Əliyevin sərəncamı əsasında “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər nəticəsində bu günə qədər onlarla müasir tipli qəsəbə, o cümlədən Bakıda və ölkənin müxtəlif regionlarında çoxmərtəbəli yaşayış evləri tikilərək istifadəyə verilibdir. Kəlbəcərlilər onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Qurban bayramı münasibətilə keçirilmiş görüşdə 600-dən çox aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.

92 views

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev