Kəlbəcər RİH-də Ağdaban faciəsinin 27-ci ildönümü anılıb


Aprel ayının 8-i 2019-cu il tarixdə Ağdaban kənd sakinlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirildi.

Mərasim iştirakçıları əvvəlcə qəsəbədə yerləşən Kəlbəcər Şəhidlərinin Abidə Kompleksinin önünə tər qərənfillər qoydular. Daha sonra Kəlbəcər rayon İcra hakimiyyyətində akt zalında davam etdirilən tədbirdə şəhidlərin xatirəsi ehtiramla anıldı. İcra Hakimiyyəti başçısı Aqil Məmmədov anım mərasimində çıxış edərək bildirdi ki, Ağdaban soyqırımı son 200 ildə erməni cəlladlarının azərbaycanlılara və bütün türk dünyasına qarşı törətdiyi çoxsaylı soyqırımlarından biridir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə erməni silahlıları ağır texnikadan istifadə etməklə öz havadarlarının köməyi ilə Ağdaban və Çayqovuşan kəndinə hücum edərək hər iki kəndi yer üzündən sildilər. Soyqırımı nəticəsində 34 nəfər qətlə yetirilib, 7 nəfər diri-diri yandırılıb, 8 nəfər 90-100 yaşlı qocaya divan tutulub, 5 nəfər əsir götürülüb, onlarla dinc sakin isə şikəst edilib. Həmçinin erməni vandalları uşaqları, qadınları, ahılları qətlə yetirməklə yanaşı, şair Qurban və Dədə Şəmşir ocağını yandıraraq buradakı qiymətli əlyazmaları və nadir tarixi əşyaları məhv etdilər.

     Tədbirdə Ağdaban faciəsinə həsr olunmuş videocarx nümayiş etdirildi.  Daha sonra çıxış edən Ağdaban kənd sakinləri başlarına gətirilən müsibətdən danışdılar. Ağdabanlılar bu illər ərzində dövlət tərəfindən onlara xüsusi diqqətlə yanaşıldığını qeyd edib, işğal altındakı torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacağına, doğma yurd-yuvalarına qayıdacaqlarına  əminliklərini  ifadə  etdilər.


kelbecer-ih.gov.az

BİZ XOCALINI
UNUTMADIQ!
25-26 FEVRAL
1992

  • 613 nəfər qətlə yetirilib, o cümlədən:

    • 63 uşaq;

    • 106 qadın;

    • 70 yaşlı.

    • 8 ailə tamamilə məhv edilib;

    • 25 uşaq hər iki valideynini itirib;

    • 130 uşaq bir valideynini itirib;

  • 487 yaralı;

  • 1275 girov;

  • 150 itkin düşüb.

BİZ AĞDABANI
UNUTMADIQ!
8 APREL
1992

  • 130 ev yandırılmış, o cümlədən:

    • 779 nəfər qeyri-insani işkəncələr verilmiş;

    • 67 nəfər qətlə yetirilmiş;

    • 8 nəfər 90-100 yaşlı qoca;

    • 2 nəfər azyaşlı uşaq;

    • 7 nəfər qadın diri-diri odda yandırılmış;

    • 2 nəfər itkin düşmüş;

    • 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir

BİZ BAŞLIBELI 
UNUTMADIQ!
18 APREL
1993

  • 18 gün gizli yaşaya bilmişlər, o cümlədən:

    • 27 qətlə yetirilmiş;

    • 19 nəfə girov götürülmüş;

    • Sağ qalan 30 nəfər isə sığınacaq yerləri kimi kahaları seçiblər

    • Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

            Copyright  © 2020        |       www.kalbajar.com        |      Əlaqə :(+994 55) 585-55-58     |     Email : kalbajar93@hotmail.com        |      Development by Rashad Abdullayev